Azərbaycanın hesabatı BMT-yə təqdim olunub
Tarix: 04.07.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Azərbaycan BMT üzvü olan dövlətlərin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu sahədə işlərin əlaqələndirilməsi məqsədilə Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Fərmana əsasən, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Katibliyinin yaradılması və funksiyalarının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Bununla əlaqədar olaraq, İqtisadiyyat Nazirliyində Şuranın Katibliyi yaradılıb. Eyni zamanda, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn məsələlərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə Şura tərəfindən DİM üzrə sahə işçi qrupları təşkil edilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Milli Əlaqələndirmə Şurasının ikinci iclasında Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün BMT-nin müəyyən etdiyi tematik plana uyğun olaraq 6 Dayanıqlı İnkişaf Məqsədi və hər il nəzərdən keçiriləcək Dayanıqlı İnkişaf üçün Qlobal Tərəfdaşlıq üzrə Azərbaycanın ilkin hesabatının hazırlanması qərara alınıb. Bununla əlaqədar olaraq, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov tərəfindən BMT-nin Baş katibinə ünvanlanmış məktuba əsəsən, Azərbaycan hesabat verəcək 44 ölkənin siyahısına daxil edilib. Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatı ilə bağlı Əsas Məqamlar BMT-nin İqtisadi və Sosial Şurasına təqdim olunub və BMT-nin rəsmi internet səhifəsində yerləşdirilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin rəhbərliyi, yerli ekspert və DİM-lər üzrə yaradılmış işçi qruplarının iştirakı ilə Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatının yekun variantı aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla hazırlanıb və BMT tərəfindən müəyyən olunmuş proseduralara uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) təqdim edilib. Hesabatla BMT-nin rəsmi internet səhifəsindən tanış olmaq olar.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info