Riqada Azərbaycan İnformasiya Mərkəzi açılıb
Tarix: 04.07.2017 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Riqada, Latviyanın ən iri kitabxanalarından biri olan Latviya Universitetinin Akademik Kitabxanasında Azərbaycan İnformasiya Mərkəzinin açılışı olub. Azərbaycanın Latviyadakı səfirliyi Akademik Kitabxanaya Azərbaycanın zəngin mədəni irsini əhatə edən 500 addan çox dəyərli kitab hədiyyə edib. Təqdimatı olan nəşrlər arasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin həyatı və siyasi fəaliyyətləri haqqında, habelə tarix, fəlsəfə, ədəbiyyat, musiqi mövzusunda kitablar, Azərbaycan yazıçı və şairlərinin əsərlərinin külliyyatı var. Kolleksiyada Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - tariximizin qanlı və şərəfli səhifəsi” kitab-albomu da yer alıb. Kitablar arasında latış şairi Uldis Berzinş tərəfindən tərcümə olunmuş “Kitabi Dədə-Qorqud” dastanı, habelə “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı Roman Əliyev tərəfindən latış dilində yazılmış “Azərbaycan tarixi” kitabı var. Azərbaycan səfiri Cavanşir Axundov vurğulayıb ki, Azərbaycan İnformasiya Mərkəzi Azərbaycan-Latviya əlaqələrinin dərinləşməsində və inkişafında, Latviya azərbaycanlılarının milli və mədəni identikliyinin qorunub saxlanılmasında mühüm rol oynayacaq. İnformasiya Mərkəzinin açılışının Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən aktuallığını qeyd edən C.Axundov Ermənistanın Azərbaycana təcavüzündən, əzəli torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal edilməsindən danışıb. O deyib: “Biz ümidvarıq ki, bu mərkəz Latviya cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan xalqının tarixinin və zəngin mədəni irsinin erməni təbliğatı tərəfindən saxtalaşdırılması barədə düzgün və ədalətli məlumatlandırılmasına kömək edəcək”. Latviya Universitetinin prorektoru Valdis Seqlinş çıxışında Mərkəzə iki xalqın rifahı naminə fəaliyyətində müvəffəqiyyət arzu edib. Akademik Kitabxananın direktoru Venta Kotsere deyib ki, başqa dövlətin tarixi və mədəni irsi ilə tanışlıq dünyagörüşünü həmişə genişləndirir. Latviyanın ən iri kitabxanalarının birində belə bir Mərkəzin açılmasına görə Azərbaycan səfirinə təşəkkür edən V.Kotsere Latviyanın yubileyi münasibətilə Bakı Dövlət Universitetində də Latviya İnformasiya Mərkəzinin açılması təklifini irəli sürüb. “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı Roman Əliyev Mərkəzin açılışını həm Latviya, həm də Azərbaycan üçün əhəmiyyətli hadisə adlandıraraq vurğulayıb ki, informasiya və mədəni müxtəlifliyi ilə seçilən bu informasiya resursunun yaradılması təkcə latviyalı tədqiqatçıların deyil, həm də həmvətənlərimizin lazımlı informasiya əldə etmələrinə imkan verəcək. Tbilisi Universitetinin professoru Nikolay Cavaxişvili vurğulayıb ki, Azərbaycan və Gürcüstanqardaş xalqlar və mehriban tərəfdaşlardır. Qeyd edək ki, Akademik Kitabxananın fondlarında 1,3 milyon kitab, 1,8 milyon dövri nəşr, təqribən 1 milyon əlyazma, 32 700 nadir kitab və qədim mətbu nəşr saxlanılır.





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info