“Almaniya iqtisadiyyatındakı geriləmə ciddi böhrana səbəb ola bilər”
Tarix: 27.04.2013 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Almaniya iqtisadiyyatında müşahidə olunan geriləmə qitə ölkələrinin mətbuatında da əks-səda doğurmağa başlayıb. Son iki il ərzində Avropanı bürüyən iqtisadi böhrana rəğmən, iqtisadiyyatını sabit saxlamağı bacaran Almaniya hətta 2-3 faizlik artımla da diqqət çəkmişdi. Amma işgüzar aktivliyi öyrənməklə məşğul olan «Markit» institutunun keçirdiyi sorğunun nəticələri almanlar üçün xoş olmayan reallığı ortaya çıxarıb.
Fransanın «Atlantiko» nəşrində çap edilən məqalədə qeyd edilir ki, Almaniyada özəl sektorda aktivlik ilk dəfə olaraq 50 faizdən aşağı düşərək 48,8 faiz olub. Bu məsələ ilə bağlı nəşrə açıqlama verən ekspert, «Sitibank»ın marketinq bölməsinin keçmiş rəhbəri, «HSBC» və «Credit Lyonnais»in keçmiş baş direktoru Paskal Ordonno qeyd edib ki, Almaniyadakı iqtisadi azalma gözlənilən idi: «Almaniyada iqtisadi artımın aşağı düşəcəyini proqnozlaşdırırdıq. İqtisadiyyatla məşğul olan, rasional baxışa sahib ağlı başında istənilən şəxs üçün bu vəziyyət gözlənilən idi. Bu azalmanın Avropaya mümkün təsiri ilə bağlı danışmazdan əvvəl xatırlatmaq lazımdır ki, Almaniyada iqtisadi geriləmənin qeydə alınması sərt iqtisadi siyasətlə bağlı yaranıb. Bir ildən çoxdur ki, Avropanı bürüyən iqtisadi geriləmə və böhran Almaniyadan da yan keçə bilməzdi. Bu ölkə məhsullarını aktiv şəkildə Avropa İttifaqına üzv olan ölkələrə satır. Almaniyanın xarici ticarət balansında Avropa İttifaqının müsbət saldosu təxminən 80 faiz təşkil edir. Onların ixracının böyük bir hissəsini avtomobil və avadanlıqlar təşkil edir. Əgər Avropa ölkələrində insanlar kəmərlərini sıxırlarsa, müəssisələr investisiya yatırmaqdan qaçırlarsa, almanlar qitə bazarına məhsul ixracını necə artıra bilərlər? Almaniyadakı situasiya geriləməni sürətləndirəcək. Az maşın istehsalı daha az təkər, elektrik avadanlıqları, texnika istehsalı deməkdir. Bu prosesin yekunda avrozonada iqtisadi fəallığı azalda biləcəyini araşdırmaq lazımdır. Mənə elə gəlir ki, yaxın zamanlarda Avropa ölkələrinə Almaniyadakı geriləmə təsir etməyəcək. Almaniya iqtisadiyyatına xarici ticarət balansındakı pozulma təsir edə bilər. Çünki məhz xarici ticarət ölkənin iqtisadi inkişafını müəyyən edən əsas faktordur. Amma orta müddət üçün dəyərləndirsək, Almaniyadakı geriləmə və böhranın ciddi təsirləri ola bilər. Məsələ ondadır ki, Almaniyanı Avropa iqtisadiyyatının lokomotivi adlandırırlar. Bu ölkənin ÜDM-də azalma, büdcəsində kəsir olmayıb. Amma uzun müddət belə davam edərsə, Almaniya yerdə qalanları özü ilə birlikdə batıra bilər». Ekspert Almaniyanın belə bir vəziyyətdə Fransaya qarşı çıxa bilməyəcəyi qənaətindədir: «İndi Almaniya kansleri dilemma qarşısındadır. O, belə vəziyyətdə büdcəyə nəzarəti azalda biləcəkmi? Fransa başda olmaqla Avropa dövlətlərinə qarşı çıxa biləcəkmi? Almanlara inflyasiya təhlükəsi olduğu bir vaxtda iqtisadi artım vəd edə biləcəkmi? Sosial-demokrat kimi sosialist Ollanda doğru addım atacaqmı? Sentyabrda Bundestaqa keçiriləcək seçkilər olduğunu nəzərə alsaq, ciddi addımlar ata biləcəkmi? Çox şübhəlidir. Hazırda Merkel güclü Avropa dövlətinə başçılıq edir və öz gücündən siyasi məqsədlər üçün istifadə edir». Ekspert qeyd edib ki, Almaniyadakı situasiya perspektiv üçün real böhranın işarəsidir.
ANAR




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info