BANM-in 29 məzunu STAR-da işləyəcək
Tarix: 04.07.2017 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-Türkiyə şirkətinin “STAR Refinery” müəssisəsində işləyəcək məzunlar və istehsalat təcrübəsi keçəcək tələbələr ilə görüş keçirilib. 
BANM-dən bildirilib ki, bu səbəblə ali məktəbin 2016/2017-ci tədris ili üzrə təhsil alan 29 məzunu və 20 tələbəsi yaxın zamanda Türkiyəyə yola düşəcək.
Görüşdə BANM-in rektoru Elmar Qasımov, SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, Strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanov, Emal üzrə vitse-prezident David Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti  Bəxtiyar Aslanbəyli, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, “SOCAR Turkey Enerji A. Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli, SOCAR-Türkiyə şirkətinin İnsan resursları üzrə departament rəhbəri Dinar Məmmədova, “Star Refinery” şirkətinin İnsan resursları üzrə departamentin meneceri Anar Süleymanov, SOCAR-Türkiyə şirkətinin Kadrların cəlb edilməsi və idarə olunması departamentin nümayəndələri Ozay Unsal, Serda Okumuş, Leyla Axundzadə, Bəhruz Babayev, ali məktəbin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Elmar Qasımov bildirib ki, ali məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Rektor BANM tələbələrinin və məzunlarının, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını vurğulayaraq, BANM-in SOCAR-Türkiyə şirkəti ilə əməkdaşlığından danışıb.
İsa Həbibbəyli ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib.
Xalik Məmmədov, Tofiq Qəhrəmanov, David Məmmədov, Bəxtiyar Aslanbəyli çıxışlarında qeyd ediblər ki, BANM-in məzunları “STAR Refinery” şirkətində işləməklə gələcəkdə Azərbaycan və Türkiyənin ən önəmli mütəxəssisləri olacaqlar.
Erkan Özoral ali məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin ali məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.
Zaur Qəhrəmanov şirkətin fəaliyyətindən, beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərindən bəhs edib. O, iştirakçılara proqram, seçim prosesi və təcrübə haqqında məlumatlandıraraq qeyd edib ki, seçim imtahan və müsahibə əsasında keçirilib: “Ümumilikdə 220-dən artıq müraciət aldıq, 173 nəfər üçün imtahan, 48 nəfər üçün müsahibə keçirdik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info