Türk zabitlər Azərbaycana gəlib
Tarix: 04.07.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Bakıda səfərdə olan Türkiyənin Ehtiyatda olan Zabitlər Təşkilatı və Türkiyə Müharibə Veteranları Təşkilatının bir qrup nümayəndəsi Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.
APA-nın xəbərinə görə, azərbaycanlı qazilərin dəvəti ilə Azərbaycana səfər etdiklərinideyən Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-polkovniki Ərdoğan Karakuş bildirib ki, səfər zamanı Türkiyə - Azərbaycan münasibətləri ilə bağlı bir sıra müzakirələr aparılacaq: “90-cı illərin əvvəllərində Qarabağda müharibə başlayan zaman mən Ankarada hərbi hava bazasının rəisi idim. Həmin ərəfədə Azərbaycanın hərbi nəqliyyat təyyarələri bazaya enmişdi. Təyyarələr iki saat ərzində yükləri götürüb, geri qayıtmalı idilər. Təyyarələrin üzərində SSRİ yazılmışdı. Bunu görən kimi dərhal əmr verdim ki, təyyarələrin üzərindəki o söz silinsin, əvəzinə isə “Azərbaycan Hərbi Hava Qüvvələri” yazılsın, eyni zamanda Azərbaycan bayrağı həkk edilsin. İki saat ərzində təyyarələrin üzərinə “Azərbaycan Hərbi Hava Qüvvələri” yazıldı, Azərbaycan bayrağı həkk edildi".
General-polkovnik qeyd edib ki, tarix boyu Azərbaycan və Türkiyə arasında gözəl münasibətlər olub: “Biz eyni millətin iki dövlətiyik. Ayağım Azərbaycan torpaqlarına dəyər-dəyməz torpağı öpdüm. Çünki bu, türk adət-ənənəsidir. Bir türk başqa türk dövlətinə gedərkən oranın torpağını öpməlidir. Biz Türkiyə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər zaman Azərbaycana dəstək verməyə hazırıq”.
Generalın sözlərinə görə, Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirməyi də planlaşdırırlar.
Qeyd edək ki, Türkiyə ordusunun ehtiyatda olan zabitləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvəti ilə iyulun 7-dək Azərbaycanda səfərdə olacaqlar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info