ADNSU “Qazprom” şirkəti ilə əməkdaşlıq edəcək
Tarix: 04.07.2017 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın “Qazprom” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor M.Babanlı qonaqlara ADNSU-nun tarixi, tədris prosesi, əcnəbi tələbələr, beynəlxalq əməkdaşlıq və Fransa-Azərbaycan Universiteti ilə bağlı ətraflı məlumat verib. O, “Qazprom” şirkəti ilə əməkdaşlığın qurulması və genişləndirilməsi üçün görüləcək işlərdən danışıb. Görüşdə dənizdə qazın çıxarılması, ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda kadrların hazırlanması, həmçinin birgə tədqiqat işlərinin aparılması, şirkətin əməkdaşlarının universitetdə ikinci ali təhsilə cəlb edilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.
“Qazprom”un nümayəndə heyətinin rəhbəri Andrey Balobin ADNSU ilə əməkdaşlığa böyük önəm verdiklərini, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı ola biləcəyini qeyd edib. Görüşdə, həmçinin gələcək işlərdə ”Qazprom” şirkətinin təcrübəsinin universitet üçün səmərəli ola biləcəyi vurğulanıb.
Daha sonra Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda 22 istiqamət olmaqla hər bir istiqamət üzrə mövzu və müddətə görə müxtəlif kurslar haqqında videoçarx nümayiş olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kriminal mövzudan yazan jurnalistlər daha çox hansı səhvlərə yol verir?
22.08.2019
Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib
22.08.2019
İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... nə etməli?
22.08.2019
Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb
22.08.2019
Leyla Axundzadə “Mikayıl Müşfiq” gəmisini ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info