“Uşaq kanalının yaradılmasını peşəkarlara həvalə etmək lazımdır”
Tarix: 27.04.2013 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə televiziya sahəsindəki müəyyən məsələlərlə bağlı açıqlama verib.
Şura sədri ilk olaraq ixtisaslaşmış kanalların yaradılması məsələsinə fikir bildirib və qeyd edib ki, bu, o qədər də asan məsələ deyil: “Bizim kimi ölkələrdə bu cür praktikaya çox az rast gəlinir. Azərbaycanda idmana və mədəniyyətə yüksək səviyyədə qayğı göstərildiyi üçün bu cür kanallar artıq yaradılıb. Əgər dövlət uşaq kanalı üçün maliyyə vəsaiti ayırarsa, biz bunu da uğurla həyata keçirərik”.
MTRŞ sədri onu da qeyd edib ki, uşaq kanalı ilə bağlı məsələni həvəskarlara həvalə etmək mümkün deyil: “Yəni özəl şirkətlərə və özəl televiziyalara bunu həvalə edə bilmərik”.
Eyni zamanda MTRŞ sədri serialların çəkilməsi məsələsinə də toxunub: “Serialların çəkilməsi üçün vəsaitin ayrılması məsələsində tələsmirik. Bu barədə çox ciddi şəkildə düşünüləcək. Birinci mərhələdə bəzi məsələlərin həll olunması lazım idi”. O qeyd edib ki, ayrı-ayrı prodakşnlarda maddi-texniki bazanın formalaşması, aktyorların əməkhaqqı, ssenarilərin meydana gəlməsi məsələləri var idi: “Artıq onlar arxada qalıb. Azərbaycanda kifayət qədər prodakşn var və bəzən onların çoxluğuna təəccüblənirəm. Özüm araşdırma apardım. Bizə film çəkmək üçün müraciət edən prodokşnların sayı 35-dən çoxdur. Hətta peşəkar olmayanlar da bu işə həvəs göstərirlər”.
N. Məhərrəmli onu da bildirib ki, Azərbaycanda xeyli sayda prodakşn olsa da, filmlər azdır.
Regionlarda televiziyaları yaradılması məsələsi haqqında isə MTRŞ sədri qeyd edib ki, bu məsələ hər zaman diqqətimizdədir. O deyib ki, regional kanalların yaradılması üçün ilk öncə bölgələrdə kadr potensialının, maddi-texniki bazanın olması vacibdir: “Hazırda regionlarda mövcud olan telekanalların vəziyyəti bizə bu məsələdə tələsməməyə əsas verir”. Regionlarda radioların da yaradılmasında maraqlı olduqlarını bildirən MTRŞ sədri bu istiqamətdə də addımlar atılacağını bildirib. MTRŞ sədri hesab edir ki, Səhiyyə Nazirliyi reklam üçün dərmanların siyahısını hazırlamalıdır. Səhiyyə Nazirliyindən onlara dərman preaparatlarının siyahısı göndərilməyib: “Bununla bağlı rəy Səhiyyə Nazirliyi tərəfindən verilməlidir. Nazirlik eyni zamanda tibb müəssisələri ilə bağlı da bizə rəyini bildirməlidir. Belə ki, Səhiyyə Nazirliyi dövlət qeydiyyatından keçən tibb müəssisələrinin siyahısını MTRŞ-yə təqdim etməlidir”. Şura sədri onu da bildirib ki, MTRŞ televiziyada gedən hər bir reklamla bağlı araşdırma apara bilməz: “Ola bilsin ki, reseptsiz dərmanlar da reklam olunur. Dərman və tibb ocaqlarının reklam olunması ilə bağlı məsələ Səhiyyə Nazirliyinə aiddir”.
Günay RÜSTƏMOVA




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info