Bu il Bakıda əsas kapitala 5,3 milyard manat yatırılıb
Tarix: 04.07.2017 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


2017-ci ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 mlrd. 298,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az vəsait yönəldilib.
 
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ümumi sərmayənin 30,9%-i dövlət, 69,1%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,7%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
 
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,9%-ini təşkil edib. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 3 mlrd. 553,9 mln. manat vəsait yönəldilib.
 
2017-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 73,1%-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,1%-ini əsaslı təmir, 3,3%-ini cari təmir, 18,5%-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,1%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Bazarstore”da karyera qurmaq istəyənlər üçün müjdə!
17.10.2019
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info