Beynəlxalq Sosial Təminat Assosiasiyasında Azərbaycanda aparılan islahatlarla bağlı təqdimat olub
Tarix: 04.07.2017 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Cenevrədə (İsveçrə) keçirilən 115-ci Büro iclasında, BSTA-nın 90 illiyinə həsr olunmuş simpoziumda və bu təşkilatın 10 Avropa ölkəsinin, o cümlədən Azərbaycanın üzv olduğu Avropa Rəhbər Komitəsinin iclasında iştirak ediblər.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BSTA-nın Büro iclasında dünyada sosial təminat sahəsində inkişaf meylləri, habelə mövcud olan problemlərə dair müzakirələr aparılıb. Sosial sığorta sisteminin tətbiqində nailiyyətlər əldə edən ölkələrin bu sahədə uğurlu iş təcrübələri diqqətə çatdırılıb, BSTA-ya yeni üzvlərin cəlb olunması barədə təkliflər irəli sürülüb. Həmçinin ötən ay Azərbaycanın da Rəhbər Orqanına üzv seçildiyi Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə BSTA-nın əməkdaşlığına xüsusi önəm verildiyi vurğulanıb. İclasda BSTA-nın Üzvlük Haqları Komitəsinə üzvlərin seçkisi də keçirilib. İ.İsayev də BSTA-nın Üzvlük Haqları Komitəsinin üzvü seçilib ki, bu da BSTA ilə Azərbaycanın uğurlu əməkdaşlığına verilən önəmin əyani göstəricisidir. 
 
BSTA-nın yaradılmasının 90 illiyi çərçivəsində keçirilən simpozium isə “Rəqəmli iqtisadiyyatda sosial müdafiə” mövzusuna həsr olunub. Simpoziumda iqtisadiyyatda sosial təminatın roluna dair bir sıra məruzələr təqdim edilib.
 
Növbəti tədbir olan BSTA-nın Avropa Rəhbər Komitəsinin iclasında məruzə ilə çıxış edən İ.İsayev Azərbaycanda əmək və sosial müdafiə sahələrində müasir və operativ, səmərəli  idarəetmənin formalaşdırılması, xidmət sahələrinin şəffaflaşdırılması və “bir pəncərə” prinsipi üzərində qurulması üçün aparılan islahatları diqqətə çatdırıb. Nazir müavini bu sahələrdə yaradılan avtomatlaşdırılmış sistemlər, o cümlədən  Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi barədə ətraflı məlumatlar verib. O, ötən ay BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülən bu sistemin əmək bazarına nəzarətin operativ və səmərəli təşkili, bu sahə ilə bağlı dəqiq uçotun aparılması, vətəndaşların əmək və sosial hüquqların təminatına əsas yaratması və s. baxımından üstünlüklərini qeyd edib. Təqdim edilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
 
1927-ci ildə BƏT-in eqidası altında yaradılan BSTA bu gün dünyanın 159 ölkəsindən 322 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirən, dünyada  sosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır. Təşkilat peşəkar rəhbərlik sənədlərinin hazırlanması, ekspert biliklərinin yayılması, xidmətlərin təqdim olunması və dinamik sosial təminat sistemlərinin, sosial siyasətin formalaşması sahələrində  dünyanın müxtəlif ölkələrində olan üzv təşkilatlarına dəstəyin göstərilməsi vasitəsilə sosial təminatın idarə olunması standartlarının yüksəldilməsinə şərait yaradır. O, həmçinin hər bir sosial müdafiə, sosial təminat təşkilatına eksklüziv cəmiyyətin üzvü olmaq imkanı yaradır, forumların keçirilməsi və ekspert şəbəkələrinin yaradılması yolu ilə əməkdaşlığa və təcrübə mübadiləsinə dəstək verir.
 
BSTA-ya üzv təşkilatların maliyyə vəsaitlərinin həcmi 6 trilyon ABŞ dollarından çoxdur. Üç milyondan çox insanın çalışdığı bu təşkilatlar dünyada 3 milyarddan artıq insana xidmət göstərirlər.
 
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2004-cü ildə BSTA-nın Pekində keçirilən Dünya Sosial Təminat Forumunda ilk dəfə, 2016-cı ilin noyabr ayında Panamada keçirilən Forumunda isə yenidən bu təşkilatın büro üzvü seçilib. 
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info