SOCAR 36 nəfəri işlə təmin edib
Tarix: 04.07.2017 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


İnsan Resursları Departamentində test imtahanı və müsahibə (peşə sınaq imtahanı) mərhələsindən uğurla keçərək SOCAR-da işləmək hüququ əldə etmiş 36 nəfər yeni əməkdaşla görüş keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, görüş zamanı SOCAR-da işə qəbul müsabiqəsinin şəffaf, sağlam rəqabət mühitində keçdiyi bir daha vurğulanıb. Bildirilib ki, müsabiqədə iştirak üçün elektron qaydada müraciət etmiş 1603 nəfərin sənədləri ilkin seçim çərçivəsində nəzərdən keçirilib, onlardan 1432 nəfər tələblərə uyğun hesab olunub və test imtahanında iştirak etmək hüququ qazanıb. Test imtahanı mərhələsində 1021 nəfər iştirak edib, onlardan 225 nəfəri müvafiq keçid balını toplamaqla müsabiqənin yekun mərhələsinə buraxılıb. Yüksək rəqabət şəraitində keçmiş yekun mərhələdə namizədlərin vakansiyanın tələblərinə uyğun sahə üzrə nəzəri və praktiki bilik, bacarıqları yoxlanılmış, nəticədə 36 nəfər işə qəbul müsabiqəsinin qalibi seçilib, 19 nəfər isə SOCAR-ın Kadr ehtiyatı bazasına daxil edilib.
Xatırladaq ki, SOCAR-da işə qəbul olunmaq istəyən şəxslər şirkətin rəsmi veb-səhifəsində uyğun vakansiyalara müraciət etməklə, hər kəs üçün yaradılıb, bərabər şəraitdən və rəqabət mühitindən yararlanaraq müsabiqələrdə iştirak etmək hüququna malikdirlər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info