Cocuq Mərcanlıda əlavə 100 evin tikintisinə başlanılır
Tarix: 04.07.2017 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının ikinci mərhələsinə start verilib. Kəndə onlarla kran və yük maşınları cəlb edilib.
 
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov APA-ya açıqlamasında Cocuq Mərcanlıda 100 evin tikintisi üçün 17 hektar torpaq sahəsində təmizləmə işlərinin aparılacağını deyib. Kənddə yeni mənzillər, uşaq bağçası, 50 yerlik xəstəxana, inzibati bina, poçt məntəqəsi, eləcə də kommersiya obyektlərinin inşası nəzərdə tutulub.
 
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov APA-ya bildirib ki, Cocuq Mərcanlıda aparılan tikinti işlərinin ikinci mərhələsi də kənd sakinlərinin bütünlüklə evlə təmin olunmasına yetməyəcək: “Çünki əhalinin sayı kənd sakinlərinin buranı tərk etdikləri dövrlə müqayisədə iki dəfə artıb. Cocuq Mərcanlı ermənilərin nəzarətinə keçəndə ev hesabı ilə kənddə 209 ev, 250 təsərrüfat var idi. Amma bu gün 418 təsərrüfat, yəni ailə mövcuddur. Həmin dövrdə əhalinin sayı 1070 nəfər idisə, bu gün 1500-dək artıb”.
 
Qeyd edək ki, Cocuq Mərcanlının yenidən qurulmasının birinci mərhələsində inşa olunan 50 mənzilin sahibləri püşkatma yolu ilə müəyyənləşdirilib. Onların qəsəbəyə köçürülməsinə sabah başlanacaq. 



Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info