“Azərbaycan tərəqqiyə, irəliləyişə can atan ölkədir”
Tarix: 04.07.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


İyulun 4-də Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzaleslə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin nümayəndə heyətinin Bakıya səfərinə böyük önəm verdiyini, səfər çərçivəsində aparılan danışıqların Azərbaycanın BMT ilə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. Azərbaycanın dövlət müstəqilliyini 25 il əvvəl bərpa etdiyini xatırladan Baş nazirin müavini vurğulayıb ki, ki, ötən illər ərzində ölkəsi həm iqtisadi, həm də sosial cəhətdən böyük inkişaf yolu keçib. “Biz qürur duyuruq ki, bu qısa müddət ərzində yeni iqtisadi və sosial inkişaf modelini yaratmışıq. Biz Azərbaycana gələn qonaqlara ölkəmizin iqtisadi-sosial nailiyyətlərini təqdim edirik, böyük gələcəklə bağlı planlarımızı onlarla müzakirə edirik ki, daha düzgün və uğurlu yol seçək. Azərbaycan özünün iqtisadi inkişaf modelini əhəmiyyətli dərəcədə təkmilləşdirmək üzərində düşünür”, - deyə Əli Əhmədov bildirib.
Baş nazirin müavini qonağa məlumat verib ki, Azərbaycan son 12-13 il ərzində bu böyük inkişafa daha çox neft gəlirləri hesabına nail olub. İndi isə tükənməyən resurslar əsasında uzunmüddətli iqtisadi inkişaf strategiyası yaradılır və onun əsas istiqamətləri müəyyənləşdirilir. Azərbaycan BMT-nin üzvü və dünyada baş verən inkişaf proseslərinin iştirakçısı olaraq öz inkişaf məqsədlərini BMT Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırır.
Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales Azərbaycana ilk dəfə səfər etdiyini deyib. “Biz bilirik ki, Azərbaycan öz sərvətlərinin idarə edilməsinə xüsusi diqqət yetirir, öz coğrafi mövqeyindən istıfadə edir. Ölkə əhalisinin əksəriyyəti gənclərdən ibarətdir. Bu baxımdan biz hesab edirik ki, həm iqtisadi, həm də sosial baxımdan Azərbaycan tərəqqiyə, irəliləyişə can atan bir ölkədir. Biz də bu ölkəyə dəstək göstərməyə hazırıq”, - deyə xanım Qonzales səfərinin məqsədinin məhz bu dəstəyi bəyan etməkdən ibarət olduğunu bildirib.
O qeyd edib ki, təmsil etdiyi Beynəlxalq Ticarət Mərkəzi BMT-nin bir hissəsidir. 1964-cü ildə yaradılan təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Beynəlxalq Ticarət Mərkəzi BMT və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyidir. Onun missiyası ticarət və beynəlxalq biznesin inkişafı vasitəsilə inklüziv və dayanıqlı inkişafa, habelə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasına töhfə verməkdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info