Naxçıvanda istehlak mallarının ekspertizası diqqət mərkəzindədir
Tarix: 04.07.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində 2008-ci ildən fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət daim diqqətdə saxlanılır.
AZƏRTAC xəbər verir ki, cari ilin 6 ayı ərzində mərkəzdə 77 mal çeşidini əhatə edən 1033 səyyar və 1099 halda mal nümunəsi laboratoriya analizindən keçib, aparılmış laboratoriya təhlilləri, əsasən, 773 yerli istehsal məhsullarını və 326 idxal məhsullarını əhatə edib. Həmçinin 429 halda hüquqi və 670 halda fiziki şəxslər tərəfindən daxil olmuş 1099 halda mallardan nümunələr götürülərək kеyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə lаbоrаtоriyаda аnаliz оlunub. Nəticədə, 1092 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 7 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.
Bundan əlavə, qeyd olunan dövrdə “Təchizat” ASC-yə 179,12 ton iribuynuzlu heyvan dərisi məhsulunun Türkiyə Respublikasına ixracı üçün 7 halda, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-yə 139,957 ton “Lay-lay” vafli məhsulunun Gürcüstan, Türkiyə və İraqa ixracı üçün 6 halda, “Gəmiqaya Şirkəti” MMC-yə 8 min 350 ton sement məhsulunun Gürcüstana ixracı üçün 5 halda, 45,275 ton “Badamlı” mineral suyunun Birləşmiş Ərəb Əmirliklərinə ixracı üçün 2 halda, “Naxçıvan Sement Zavodu” MMC-yə 275 ton qipsolet lövhənin Gürcüstana ixracı üçün 1 halda, Naxçıvan “Şirvanşahlar Xarici Əlaqələr” Assosiasiyasına 5,8 ton PVC ayaqqabı altlığının ölkəmizin paytaxtı Bakı şəhərinə ixrac etməsi üçün 2 halda, “Babək Sirab” ASC-yə 98,381 ton “Sirab” mineral suyunun Türkiyə və İraqa ixracı üçün 4 halda olmaqla, cəmi 81 halda mənşə sertifikatı verilib.
İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən Mərkəzi Qida Sınaq Laboratoriyasının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, cəmiyyətin Mərkəzi Qida Sınaq Laboratoriyasının 2017-ci il üçün İSO 17025:2005 standartı üzrə beynəlxalq akkreditasiyasının tələblərinin icrası və nəzərdə tutulmuş tədbirlər davam etdirilir. Bu məqsədlə bağlanmış razılıq protokoluna əsasən, bu il sentyabrın 26-27-də LATAK akkreditasiya orqanının ekspertləri tərəfindən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasının İSO/İEC 17025:2005 standartı üzrə beynəlxalq akkreditasiyası istiqamətində yekun audit yoxlamaları keçiriləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info