Azərbaycan Silahlı Qüvvələr Günü Ankarada qeyd edilib
Tarix: 04.07.2017 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Azərbaycanın Türkiyədəki Səfirliyində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Qəbulda Türkiyə Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Ankaradakı səfirliklərinin hərbi attaşeləri və beynəlxalq təşkilatların rəhbərləri, ictimaiyyətin görkəmli təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun da iştirak etdiyi qəbula Türkiyənin Jandarma Qüvvələrinin komandanı, ordu generalı Yaşar Gülər, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, ordu generalı Ümid Dündar, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay və digər yüksəkvəzifəli şəxslər də qatılıblar.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpayın çıxışları dinlənilib.
Azərbaycan ordusunun təsis edilməsinin tarixi və keçdiyi şərəfli yol barədə ümumi məlumat verən hərbi attaşe Müşfiq Məmmədov deyib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il may ayının 22-də imzaladığı Fərmana əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Hər il bu tarix rəsmi dövlət bayramı kimi təntənə ilə qeyd edilir.
M.Məmmədov bildirib ki, qüdrətli Azərbaycan Ordusunun yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Ulu Öndərimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlər Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz Qafqaz regionunda ən güclü orduya çevrilib.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev müdafiə məsələlərini daim diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı birləşmələrini hər an Dağlıq Qarabağdan və zəbt edilmiş digər ərazilərdən çıxarmağa qadirdir. Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həll edilməsinə üstünlük verir. Əgər aparılan danışıqlar nəticə verməzsə, Azərbaycan Ordusu düşmənə layiqli cavab verəcək.
Sonra Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın çıxışı olub. Türkiyə-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etdiyini deyən nazir müavini qeyd edib ki, ölkələrimiz arasında müdafiə sahəsindəki əməkdaşlıq bölgədə, o cümlədən Qafqazda sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Təcavüzkar Ermənistan ordusunun Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlamasını, 1 milyondan çox insanın öz ata-baba yurdundan didərgin düşməsinin tarixi ədalətsizlik olduğunu diqqətə çatdıran nazir müavini Şiay Alpay əminliklə bildirib ki, Azərbaycan öz haqq işini nəyin bahasına olursa olsun həll edəcək. Türkiyə bütün sahələrdə olduğu kimi müdafiə məsələlərində də bundan sonra da Azərbaycana hərtərəfli dəstəyini davam etdirəcək, hər zaman öz qardaşının yanında olacaqdır.
Sonra mərasim bədii proqramla davam edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info