Növbəti hərracda 24 dövlət əmlakı özəlləşdirilib
Tarix: 04.07.2017 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərraclar davam etdirilir.
Komitədən AZƏRTAC-a bildirilib ki, daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti belə hərrac iyulun 4-də keçirilib. Hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisəsi tikinti, ticarət, təmir, sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Ağsu, Şirvan, Zaqatala və Balakəndə yerləşir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu əmlaklar hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Zaqatala Barama Toxuma Zavodunu, Balakəndəki 33 saylı kiçik dövlət müəssisəsini nümunə göstərmək olar. Zaqatala Barama Toxuma Zavodunun torpaq sahəsi 18 min 350 kvadratmetr, ümumi faydalı sahəsi isə 3881 kvadratmetrdir. Balakəndə 33 saylı sexin torpaq sahəsi isə 2803 kvadratmetr, ümumi faydalı sahəsi 403 kvadratmetrdir. Özəlləşdirilən əmlakların sahəsi 71 kvadratmetrlə 3881 kvadratmetr arasında dəyişir.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Astara rayonunda yerləşən sahəsi 126 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.
Keçirilən hərracların nəticələri ilə http://www.emdk.gov.az linkdən istifadə etməklə tanış olmaq mümkündür.
Xatırladaq ki, artıq hərraclarda onlayn qaydada da iştirak etmək mümkündür. Hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərracı keçirilir. Bugünkü hərracda elektron qaydada nəqliyyat vasitələrinin hərracı rəqabətli şəraitdə keçirilib. Elektron hərracın vasitəsilə onlayn olaraq 1 avtomobil özəlləşdirilib.
Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.
Qeyd edək ki, dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə gələcəkdə investisiya qoyuluşlarının artmasına, müəssisələrin istehsal fəaliyyətinin bərpası, yeni biznes subyektlərinin qurulmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, özəlləşdirilən əmlakların bir çoxu regionlarda yerləşir, bu, bölgələrdə əlavə iş yerlərinin yaradılmasına, rayonların iqtisadi potensialının artmasına imkan verəcək.
Zaqatalada yerləşən Barama Toxuma Zavodu kimi əmlakların özələşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı, həm də yüngül sənayenin inkişafına töhfə verir. Bu isə daxili geyim tələbatın ödənilməsinə, xarici bazarlardan asılılığın aradan qaldırılmasına səbəb olur. Eyni zamanda, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları “Özəlləşmə portalı”nda əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və “Özəlləşdirmə portalı”nda yerləşdirilir.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 11-də keçiriləcək. Hərraca ümumilikdə 206 əmlak çıxarılıb. Bunun 20-si səhmdar cəmiyyət, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımçıq tikilidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info