MİDA 11 milyon manatdan artıq özəl investisiya cəlb edir
Tarix: 04.07.2017 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə başçısının 2016-cı il 12 iyun tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapmış dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi istiqamətində bir sıra tədbirləri həyata keçirməyə başlayıb.
Bu barədə AZƏRTAC-a Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib.
Agentliyin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 3 yaşayış binasının (iki 12 mərtəbəli 1 bloklu və bir 9 mərtəbəli 2 bloklu) tikintisi üzrə, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə sakinlərə xidmətlərin göstərilməsi üzrə cari ilin iyun ayında elan olunmuş investisiya müsabiqələrinin iştirakçılarının təkliflərinin qiymətləndirilməsi prosesi başa çatdırılıb.
Təqdim olunmuş investisiya təkliflərinin dəyərləndirilməsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC (www.katholding.az) elan olunub. Qalib şirkət investisiya qoyuluşu müqabilində “MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil olunan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir.
Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər iki binanın mənzilləri onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə investor tərəfindən satılacaq. Sözügedən 3 binanın tikintisinin 18 ay ərzində başa çatdırılması, investisiya qoyuluşunun ümumi həcminin isə 10 milyon manatdan artıq təşkil edəcəyi nəzərdə tutulur.
Qeyd olunub ki, Yasamal Yaşayış Kompleksi ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş ikinci investisiya müsabiqəsinin iştirakçılarının təqdim etdiyi təkliflərin dəyərləndirilməsi nəticəsində “ENGİNET” MMC (www.enginet.az) müsabiqənin qalibi seçilib. Bu şirkət tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1 milyon manat həcmində investisiya qoyuluşunun edilməsi gözlənilir.
Strateji Yol Xəritəsinə əsasən dövlət-özəl tərəfdaşlığı uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradacaq önəmli mexanizmlərdən biridir. Özəl sektor iştirakçıları ilə tərəfdaşlıq münasibətlərinin formalaşdırılması istiqamətində atılmış bu addım sayəsində MİDA davamlı maliyyə sabitliyini təmin edəcək modelin qurulmasına və eyni zamanda investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə töhfə verəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
16.02.2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub
16.02.2019
Suriyadan olan 395 qaçqın ötən il Rusiya vətəndaşlığı alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info