“Vətəndaş cəmiyyəti institutlarının formalaşmasında dövlətin mühüm rolu var”
Tarix: 04.07.2017 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Rufiz Qonaqov: “Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarını, QHT-ləri, medianı özünün tərəfdaşı sayır. Bu, əlbəttə ki, Azərbaycan dövlətinin uğurudur”

Bu gün Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının, azad medianın inkişafında maraqlı olduğunu həyata keçirdiyi siyasətdə təsdiqləyir. . Azərbaycan dövlət başçısı İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi rəsmi qəbulda çıxışı zamanı bildirib ki, cəmi 23 il ərzində – 1993-cü ildən başlayaraq Azərbaycan böyük inkişaf yolu keçib: “Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır”. Dövlət başçısı tərəfindən həyata keçirilən bu siyasət vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının, azad medianın inkişafına böyük təkan verib. Bu sahədə vəziyyəti dəyərləndirən tanınmış ekspert, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov “Palitra”ya açıqlamasında bildirdi ki, vətəndaş cəmiyyəti institutlarının üzərinə həmişə böyük məsuliyyət düşür: “Bu institutlar, adətən, dövlətlə cəmiyyət, insanlar arasında körpü rolunu oynayır. Azərbaycanın inkişaf etmiş vətəndaş cəmiyyəti institutları var və onların arasında qeyri-hökumət təşkilatları və KİV orqanları öndə gedir. QHT-lər olaraq bizim, eləcə də KİV orqanlarının üzərinə böyük vəzifələr düşür. Ən əsas vəzifə Azərbaycan dövlətinin maraqlarına xidmət etmək, dövlətçiliyin möhkəmləndirilməsinə, gücləndirilməsinə çalışmaq, eyni zamanda vətəndaşları düşündürən, narahat edən problemlərin həlli istiqamətində müxtəlif layihələr həyata keçirməkdir. Bu layihələr həm beynəlxalq, həm də Azərbaycan miqyasında həyata keçirilir. Bunun üçün Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər Fondu tərəfindən həmin layihələr maliyyələşir. Bu yolla hər il QHT-lər və KİV orqanları tərəfindən minlərlə layihə həyata keçirilir”. Ekspert hesab edir ki, vətəndaş cəmiyyəti institutlarının inkişafı, aktiv şəkildə fəaliyyət göstərməsi çox vacibdir: “Bildiyiniz kimi, həm QHT sektorunda, həm də KİV-də başqa dövlətlərin maraqlarına xidmət edən şəxslər, təşkilatlar olub. Hətta ermənilərlə əməkdaşlıq edənlər də olub. Bu gün onların sayı çox azdır, demək olar ki, yox dərəcəsindədir. Bu, əlbəttə ki, Azərbaycan dövlətinin apardığı məqsədyönlü və uğurlu siyasətin nəticəsidir. Həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşmasında dövlətin mühüm rolu var. Biz çalışmalıyıq ki, vətəndaş cəmiyyəti institutları daha da möhkəm olsun və Azərbaycan dövləti, hökuməti ilə bir tərəfdaş olaraq çıxış etsinlər, nəinki onlara alternativ olaraq. Vaxtilə adını qeyd etdiyim dövlət qurumları mövcud olmayanda vətəndaş cəmiyyəti institutları ilə bağlı xoşagəlməz fikirlər dolaşırdı. Amma bu gün bunu demək olmaz. Vətəndaş cəmiyyəti institutları Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun qeyd etdiyi kimi, artıq dövlətin tərəfdaşıdır. Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarını, QHT-ləri, medianı özünün tərəfdaşı sayır. Bu, əlbəttə ki, Azərbaycan dövlətinin uğurudur”.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info