Nobel mükafatı laureatı Edvard K.Preskott: “Azərbaycanda istedadlı insanlar çoxdur“
Tarix: 04.07.2017 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


"Azərbaycanda istedadlı insanlar çoxdur. Ölkədə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir".
 
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, bunu Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskott "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransında söyləyib.
 
Nobel mükafatçısı Qusar şəhərində işə başlayan konfransda fəxri qonaq kimi "ABŞ iqtisadiyyatının mövcud vəziyyəti" adlı məruzə ilə çıxış edib. Məruzədən sonra aparılan müzakirələrdə Edvard K.Preskott Azərbaycan iqtisadiyyatında reallaşdırılan islahatlar, ölkənin iqtisadi potensialı və gələcək perspektivləri barədə müsbət fikirlər səsləndirib.
 
Məruzədə yaxşı və layiqli idarəçilik, insan kapitalı, ixtisaslı kadrların yetişdirilməsi, resursların düzgün qiymətləndirilməsi və səmərəli istifadəsi, iqtisadiyyatın şaxələndirilməsi və digər aktual məsələlərə toxunan alim, eyni zamanda, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işləri dəyərləndirib.
 
E. Preskott Azərbaycanda vergi, gömrük, o cümlədən sahibkarlığın və ticarətin inkişafına təkan verən digər sahələrdəki güzəştləri önəmli hesab edib. Rəngarəng iqlimə malik ölkənin çeşid və keyfiyyət baxımından müxtəlif meyvə-tərəvəz növlərinə sahib olduğunu söyləyən alim bu sahəyə əsaslı kapital qoyuluşu hesabına iqtisadiyyatda ciddi inkişafa nail olunacağına əminliyini bildirib.
 
“Beləliklə, son dövrlər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı sahəsində mövcud potensialın düzgün dəyərləndirilərək inkişaf etdirilməsi istiqamətində uğurlu siyasətin aparıldığını amerikalı alimin tezis və mülahizələri də təsdiqləyir”, - deyə məlumatda vurğulanıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info