Qitə çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
Tarix: 04.07.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək atıcılıq üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. zərbaycan Atıcılıq Federasiyasından bildirilib ki, yığmamız 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə Bakıda keçiriləcək Avropa çempionatına 20 snayperlə qatılacaq. Belə ki, güllə atıcıları arasında ölkəmizin idman şərəfini iki idmançı qoruyacaq. Yeniyetmələrin yarışında Nəzrin Abbaslı, böyüklərin mübarizəsində isə Ruslan Lunyov sərrastlığını nümayiş etdirəcək. Stend atıcıları arasında isə 18 snayperimiz yarışacaq. Yeniyetmələrin Olimpiya Festivalına lisenziya verəcək aşağı yaş qrupu üzrə çempionatda hədəf önünə Mirmömin Ağazadə, Cavid Həsənov, Aydan Camalova, Vaqif Məhəmmədov və Sabir Mehdizadə çıxacaqlar. Böyüklər arasında isə Niyaz Ağazadə, Paşa Əhədpur, Əlimirzə Quliyev, Şəfəq Əmrahova, Fuad Qurbanov, Əli Hüseynli, Elvin İsmayılov, Emin Cəfərov, Nurlana Cəfərova, Püstəxanım Məlikova, Tamerlan Məmmədov, Regina Meftahətdinova və Ramil Rüstəmzadə medallar uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, iyulun 21-də start götürəcək yarış avqustun 4-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info