“Nə Lalə Şövkət, nə də o biriləri lider ola biləcək adamlar deyil”
Tarix: 27.04.2013 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Lalə Şövkət düşmənləri Əli Kərimli, İsa Qəmbərlə necə bir qurumda oturacaq?

AXCP, Müsavat və “el” qurumunun yaratmaq istədiyi “milli şura” ilə bağlı müxtəlif ziddiyyətli fikirlərin ortaya atıldığı bəllidir. Qurumu yaratmaqla bağlı müzakirə aparan tərəflər hər biri şəxsi ambisiyalardan doğan şərtlərlə çıxış edir, razılığa gələ bilmirlər. Belə ziddiyyətlər şəraitində hələ Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin də “milli şura”da mümkün ola biləcək təmsilçiliyi qeyd edilir.

Belə ki, mediada artıq bu barədə xəbərlər yer almaqdadır. Halbuki Lalə Şövkətin istər AXCP sədri Əli Kərimli, istərsə də Müsavat başqanı İsa Qəmbərlə kifayət qədər ziddiyyətləri və köhnə ədavətləri var. Qeyd edək ki, ötən vaxtlarda məsələn, Kərimli ilə Lalə Şövkət kifayət qədər bir-birilərini aşağılayıblar. Belə ki, Kərimli Lalə Şövkət barədə şou-biznes sayağı ittihamlarla çıxış etmişdi. Eləcə də Lalə Şövkət Əli Kərimliyə xitabən, bildirmişdi ki, “hər şalvarda gəzən kişi deyil”. Bundan sonra tərəflər arasında açıq ədavət dövrü yaşanıb. Yaxud Müsavat partiyası 2005-ci il parlament seçkilərinin nəticələrindən sonra Lalə Şövkətin “deputat mandatından imtina” tələbinin əksinə olaraq parlamentdə təmsil olunmaq fürsətindən istifadə etmişdi. Bu isə Lalə Şövkətin tutduğu “imtina” mövqeyinə əks mövqe demək idi ki, bununla da tərəflər “Azadlıq” blokunda bir arada təmsil olunmağa son verdilər. Beləliklə, əgər “milli şura” elan edilsə, orada Lalə Şövkət öz düşmənləri ilə necə oturacaq?
Azərbaycan Sosial-demokrat Partiyasının sədri Araz Əlizadə “Palitra”ya açıqlamasında belə bildirdi: “Müxalifət qüvvələri reallıqda gücsüzdürlər. Onların heç bir elektoratı, sosial bazası və hadisələrə təsir etmək gücləri yoxdur. Həmçinin proseslərə köhnə baxışları onları cəmiyyətin gözündən daha da salır. Bu baxımdan onlar gündəmə gəlmək, seçki ərəfəsində yada düşmək üçün müxtəlif əllaməliklərə baş vururlar. Bunlardan biri də müxtəlif birliklər adı altında gündəmə gəlməkdir. Elə “ictimai palata”, “ziyalılar forumu”, “el”, yaxud da “milli şura” da məhz bu cür lazımsız və bəhrəsiz müxalifət simalarının cəhdlərinin nəticəsi olaraq ortaya atılıb. Nə ad qoyurlarsa, qoysunlar, onlarda heç nə alınmayacaq”.
Lalə Şövkətin öz köhnə “mehriban” düşmənləri olan Əli Kərimli, İsa Qəmbər kimi müxalif başçılarla yenidən bir araya gəlmə ehtimalı barədə fikirlərini bildirən A.Əlizadə belə bildirdi: “Ümumiyyətlə, deyim ki, nə Lalə Şövkət, nə İsa Qəmbər, nə Əli Kərimli, nə də Eldar Namazov Azərbaycanda lider ola biləcək adamlar deyil. Buna onların şəxsi xarakterləri, reputasiyaları və bacarıqları qətiyyən imkan vermir və verməyəcək də. Bu tərəflərin hər birinin bir-birilərilə ciddi zidiyyətlərinin olması, Lalə Şövkətin “milli şura”da ehtimal olunan təmsilçiliyinin bu ziddiyyətləri daha da alovlandıracağı isə həmin “şura”nı düşərgə üçün tamamilə zərərli edəcək. Ona görə də onlarla baş ağrıtmaq lazım deyil”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info