“Vətəndaş cəmiyyətinin daha möhkəm olması dövlətin dayanıqlılığı üçün vacib şərtdir”
Tarix: 05.07.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Azər Həsrət: “Sevindirici haldır ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin təşkilatlanması, daha möhkəm ayaq üzərində dura bilməsi üçün davamlı tədbirlər görür”
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət “Palitra”ya açıqlamasında qeyd etdi ki, istər Azərbaycanda, istərsə də hər hansı başqa bir ölkədə vətəndaş cəmiyyətinin daha möhkəm olması dövlətin dayanıqlılığı üçün vacib şərtdir: “Ümumiyyətlə, sağlam vətəndaş cəmiyyətinin formalaşdığı ölkələrdə dövlət qurumları mütləq şəkildə vətəndaşa xidmət edir, çatışmazlıqlar daha tez aradan qaldırılır. Çünki vətəndaş cəmiyyətinin yüksək səviyyədə inkişafı dövlət qurumları üzərində nəzarətin daha effektiv təmin edilməsinə imkan yaradır. Eyni zamanda dövlət quruculuğunun daha effektiv məcrada aparılması da vətəndaş cəmiyyətindən asılıdır. Yəni vətəndaş cəmiyyəti, sadəcə, azsaylı idarəedicilərdən deyil, çoxsaylı geniş ictimaiyyətdən ibarət olmaqla ətrafda baş verənləri daha yaxşı görə və dərk edə bilir. Eyni zamanda gördüklərini dilə gətirir, ictimailəşdirir, dövlət qurumları qarşısında konkret sahələr üzrə işin optimallaşdırılması üçün təkliflər verir. Bunu nəzərə alan dövlət qurumları isə öz işini daha səmərəli qura bilir”. Ekspert qeyd edib ki, vətəndaş cəmiyyətinin dövlət maraqlarını qoruması məsələsinə gəlincə, əslində, hər bir fərd bu maraqları qorumalıdır: “Sadəcə, vətəndaş cəmiyyəti həmin maraqları mütəşəkkil qaydada, əsaslandırılmış və planlı şəkildə qorumaq qabiliyyətinə malikdir. Çünki vətəndaş cəmiyyətində bir təşkilatlanma var. Özü də istiqamətlər üzrə. Təbii ki, həmin istiqamətlər üzrə də dövlət maraqlarının qorunmasında iştirak təşkilatlanmış şəkildə daha effektiv olur, nəinki fərdi şəkildə. Sevindirici haldır ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin təşkilatlanması, daha möhkəm ayaq üzərində dura bilməsi üçün davamlı tədbirlər görür. Bu isə nəticə etibarilə dövlət idarəetməsinin səmərəliliyinin artmasına təkan verir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
İran bombardmana məruz qalsa belə təslim olmayacaq
23.05.2019
“İnsan hüquqlarının müdafiəsi adı altında gizlənənlərin əsl məqsədi hədəf ölkəyə təzyiq etməkdir”
23.05.2019
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir
23.05.2019
İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23.05.2019
“Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info