“Milli şura” müxalifətin yeni didişmə “mərkəz”lərindən birinə çevriləcək
Tarix: 27.04.2013 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, AXCP, Müsavat və Eldar Namazovun “el” qurumu kinorejissor Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu “milli şura” yaratmaq barəsində danışıqlar aparsalar da, bu qurumda hər bir partiya sədri öz statusunu digərlərindən yüksək gördüyü üçün danışıqlar nəticə vermir. Rüstəm İbrahimbəyovun “sözçüsü” Eldəniz Quliyev mətbuata açıqlamasında bildirib ki, “milli şura”nın əsas konturları may ayının birinci yarısında açıqlanacaq”. O, eyni zamanda etiraf edib ki, “şura”nın tərkibi və fəaliyyət prinsipi ilə bağlı ciddi narazılıqlar var: “Bəziləri bu ideyaya qısqanclıqla yanaşırlar. Aparıcı müxalifət partiyaları ilə çox mürəkkəb danışıqlar gedir”.
Göründüyü kimi, “milli şura”nın yaradılmasında ən çox maraqlı olan və canfəşanlıq edən tərəfin təmsilçisi E.Quliyev də əslində burada müxalifətin birliyinə nail olunacağı ilə bağlı optimist deyil. Eləcə də AXCP və xüsusilə Müsavat bu barədə bədbinliklərini tez-tez qabardırlar. Bir sözlə, burası aydındır ki, “milli şura” yaradılsa belə, müxalifətin yeni didişmə “mərkəz”lərindən birinə çevriləcək.

Özünü “Rəsulzadə yolunun davamçısı” sayan İsa Qəmbər
ermənimeyilli Rüstəm bəyin dedikləri ilə durub oturacaq


Eyni zamanda burada ironiya doğuran başqa bir məsələ odur ki, siyasətdən bixəbər və bisavad olan Rüstəm İbrahimbəyovun “milli şura”nın rəhbəri olacağı ilə bağlı radikal tərəflər bir qədər loyaldır. Yəni Müsavat, AXCP və “el” hər halda “milli şura”da “ideya haqqı” olan Rüstəm bəyin “şura”ya başçılığı ambisiyasına “yox” deməyə can atmırlar. Niyə? Çünki Rüstəm İbrahimbəyov da öz növbəsində prezident seçkilərində namizəd olmayacağını, “şura”nın namizədinin “şura”nın digər üzvləri arasından müəyyənləşdiriləcəyini vəd edir. Bu barədə E.Quliyev də açıqlamasında bildirib. Belə olduğu halda radikal başçılar R.İbrahimbəyovun “şura” başçısı olacağı ilə razılaşırlar. Amma o da qeyd edilməlidir ki, belə halda R.İbrahimbəyov hər halda Əli Kərimli, İsa Qəmbər kimi müxalif başçılara başçılıq edəcək və onların fəaliyyətini yönləndirəcək. Bu məqamın özü isə açıq göstərir ki, ənənəvi müxalif başçılar hansı səviyyədə cılızlaşıblar. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli Qarabağı ermənilərə öz açıqlamalarında “halal edən”, azərbaycanlı heysiyyətini aşağılayan, bu məsələdə Əkrəm Naibovla həmməslək olan Rüstəm İbrahimbəyovun, dolayı olaraq həm də Rüstəm bəyin yaxını reneqat Namazovun dedikləri ilə durub-oturmağa gedirlər. Bəs həmin müxalifət nümayəndələri ictimaiyyətin, vətəndaşların, eləcə də öz partiya üzvlərinin qınağından, təpkisindən, hiddətindən qorxmurlar?! Yəni bu a trionun - Rüstəm İbrahimbəyov, Əkrəm Naibov, eləcə də Namazovun ictimaiyyət arasında antimilli reputasiyası artıq oturuşub. Bu baxımdan onlarla bir qurumda təmsil olunmağa gedən müxalifət nümayəndələri də əvvəl-axır ictimaiyyətin, eləcə də təmsil etdikləri müxalif düşərgənin sərt qınağına, ömürlük boykotuna tuş gələcəklər. Özünü “Məmməd Əmin Rəsulzadə, Müsavat” yolunun davamçısı kimi cəmiyyətə təqdim edən İsa Qəmbər hazırda antiazərbaycan və ermənimeyilli Rüstəm bəyin dedikləri ilə durub oturacaq... Bu da radikalların hansı səviyyəyə endiklərini və heç bir ideoloji prinsiplə yox, sadəcə situativ və reflektiv fəaliyyət göstərdiklərini açıb göstərir.
Digər bir məqam isə qeyd edildiyi kimi, siyasətdə naşı və siyasi proseslərdən bixəbər olan Rüstəm bəyin müxalifətə başçılıq etməsi, seçki ərəfəsində onları yönləndirməsidir. Müxalifət partiyaları və qəzetləri özləri dəfələrlə Rüstəm İbrahimbəyovu siyasətdə görmədiklərini, onun yalnız incəsənət adamı olduğunu demələrinə, yazmalarına baxmayaraq, fakt budur ki, Əli Kərimli, İsa Qəmbər bu siyasi naşının boyunduruğuna girəcəklər.

“Rüstəm İbrahimbəyov
Rusiyanın təsiri altındadır”

Hələ orası başqa məsələdir ki, Rüstəm İbrahimbəyov Rusiya təsirində olan adamdır. Bunu istər ictimaiyyət, istərsə də müxalifət düşərgəsində olanlar çox yaxşı bilirlər və dəfələrlə bu barədə müxaliflər öz fikirlərini bildiriblər. Onlardan biri də Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir. O deyib ki, hətta müxalifətin bir sıra nümayəndələri də Rusiyanın təsiri altına düşüb: “Bəzi müxalifət liderləri, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbər və “milli şura”nın müəllifi Rüstəm İbrahimbəyov Rusiyanın təsiri altındadır.
Avrasiya İttifaqının həyata keçirilməsi yolunda son aylarda Rusiyanın siyasi rəhbərliyi müxtəlif addımlar atıb və bu addımlar aydın şəkildə görünüb. Həmin addımlardan da biri Azərbaycan əsilli Rusiya vətəndaşları olan insanların "Milyarderlər İttifaqı"na cəlb edilib təşkilatlanmasıdır. “milli şura”nın müəllifi Rüstəm İbrahimbəyov təəssüf olsun ki, həmin qrupla əlaqədə olduğunu gizlətmir və Azərbaycan üzrə koordinator olması haqqında bəyanatları da mətbuatda yayımlanır. Təəssüf edirəm ki, Müsavat Partiyasının başqanı da "Milyarderlər İttifaqı" ilə əməkdaşlıq potensialının olmasından danışıb. Bu məsələnin təşkilatçıları olan bu iki nəfərin mövqeyindən narahatıq və “milli şura”nı Azərbaycanın gələcəyi üçün müəyyən təhlükə mənbəyi hesab edirik".
Ə.Əliyev partiyasının xarici qüvvələrin Azərbaycana təsir edərək öz siyasi məqsədlərini həyata keçirmək cəhdinin əleyhinə olduğunu bəyan edib:
"Milli şura” məsələsinə fərqli yanaşmam var. Biz bunu Azərbaycan ətrafında baş verən hadisələr baxımından qiymətləndirməyə çalışırıq”.
O qeyd edib ki, seçkilər ərəfəsində başqa dövlətlər tərəfindən Azərbaycana təzyiq cəhdlərinə qarşıdır. O, Azərbaycanın dövlətçilik maraqlarına xələl gəlməsinə qarşı olduqlarını da bildirib.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info