Turistlər “sakit şəhərlər” axtarırlar
Tarix: 05.07.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Bu gün dünyada məhdud həyat tərzinə daxil olan "geni dəyişdirilmiş məhsullar, ekoloji problemlər, yollardakı tıxaclar, istehlak və bahalılıq" müasirlik kimi təqdim edilir. Belə bir zamanda İtaliyada fəaliyyət göstərən "Cittaslov" təşkilatı təbiət və ənənələrə malik olan, texnologiyanın da imkanlarından yararlanan şəhərləri ortaya çıxarıb. Qloballaşmanın təsiri ilə şəhərlər sürətli işləyən, yaşanan və istehsaldan çox istehlak edən həyat sahələri vəziyyətinə gəlib. Artıq şəhərlər, insanların etibarlı və birlikdə yaşadıqları yerlər deyil, yalnız "sürətli" proqramlaşdırılmış məkana çevrilib. Böyük şəhərlərdə həyatın bu cür axıcı hala gəlməsi nəticəsində, insanlar daha sürətli qidalanmaq, daha sürətli alış-veriş etmək, gedəcəkləri yerə daha sürətlə çatmaq üçün yüksək bir templə hərəkət edirlər. Bu həyat tərzi kiçik dükanlar yerinə böyük marketlər, uşaqların oyun oynayacağı sahələr yerinə avtoparklar, daha çox park və yaşıl sahə yerinə geniş şoseləri insanların həyatına daxil edib.

“Yavaş və keyfiyyətli həyat"

Əslində, məhdud həyat tərzi, insanın ən əhəmiyyətli dəyəridir. Bu gün müasirlik olaraq təqdim edilən, populyar mədəniyyətin də dəstəklədiyi bu həyat işə sürətlə gedən, oturub çay içməyə vaxtı belə olmadığından yolda içən, yeməkdən zövq almaq əvəzinə ayaq üstə qidalanan, qonşularını, ya yerli dükançıları tanımayan fərdlər yığınını təşkil edirlər. Getdikcə yayılan bu həyat tərzi insanları təbiətdən və təbiilikdən ayırır. Depressiya, ürək xəstəlikləri, xərçəng kimi bir çox xəstəliklərə də yol açır. Beləliklə, istehlak yönümlü sürətli həyatın xoşbəxtlik və dinclik gətirmədiyi, insanların fərqli bir həyat formasına ehtiyac duyduğu bir həyat tərzi ilə bağlı İtaliyada "Cittaslov" hərəkatı meydana gəlib. 1999-cu ildə Greve in Chiantinin bələdiyyə başçısı Paolo Saturnini, həyat keyfiyyətini yüksəltmək məqsədi ilə şəhərlərin özlərini qiymətləndirməsi və fərqli bir inkişaf modeli ortaya qoymaları fikrini önə sürüb. Olduğu bölgənin yerli dəyərlərini önə çıxararaq, bünövrəsində həyatın hər cür ehtiyacını qarşılayan "təbii bir ekosistem" yaratmağı bacarıb. Bu əvvəlcə milli ölçüdə mənimsənilib. İdealları qısa zamanda Bra (Francesco Guida), Orvieto (Stefano Cimicchi) və Positano (Domenico Marrone) bələdiyyə başçıları tərəfindən qəbul edilib. Ardından sürətli şəkildə Avropa və dünyanı əhatə edib. Bu gün 28 ölkədə 182 üzvü əhatə edən "Cittaslov" təşkilatının məqsədi, "yavaş və keyfiyyətli həyat" fəlsəfəsini qlobal ölçüyə daşımaqdır.
“Cittaslov” fəlsəfəsi həyatın, yaşamaqdan zövq alınacaq bir sürətdə yaşanmasını müdafiə edir. Hədəfi insanların bir-birləri ilə ünsiyyət qura biləcəkləri, sosiallaşa biləcəkləri, davamlı, əl sənətlərinə, təbiətinə, adət-ənənələrinə sahib çıxan, eyni zamanda infrastruktur məsələləri olmayan, yenilənə bilər enerji qaynaqlarını istifadə edən, texnologiyanın asanlıqlarından da faydalanan şəhərlərin qurulmasıdır. Koordinasiya Komitəsi, Elm Komitəsi və Ümumi Mərkəzdən ibarət olan 3 orqana sahib olan Cittaslov Komitəsi, aparılan qiymətləndirmələrdən sonra bir şəhərə "Cittaslov" möhürü verib. Bir ölkədə 3 “Cittaslov” olduğu halda, milli şəbəkə qurula bilir. Bu gün ənənəvi və təbii dəyərləri önə çıxan bir çox şəhərə sahib Türkiyə də, "Cittaslov" möhürünü qazanmış şəhərlərə sahibdir.
Cittaslov Beynəlxalq Koordinasiya Komitəsi tərəfindən üç il əvvəl Cənub-Şərqi Anadolu Bölgəsinin incisi Halfeti “sakit şəhər” şəbəkəsinə daxil edilib. Birecik Anbarının qurulması ilə bir hissəsi sular altında qalan, sakit və dinclik verən xüsusiyyəti ilə Halfeti tarixi daş evləri və təbii gözəlliyi ilə Cənub-Şərqi Anadolu Bölgəsinin, "gizli cənnəti" olaraq da adlandırılır. Xüsusilə yaz aylarında turistlərin diqqət mərkəzində olan mahala gələn ziyarətçilər, böyük bölümü sular altında qalan "batıq şəhəri" gəmi ilə gəzib, bir çox mədəniyyətə ev sahibliyi edən “Rumkale”yi görmək fürsəti əldə edir.

Kanadalılar isə xaricdə "səhiyyə" axtarır

Mərkəzi Kanadanın Vancouver şəhərində olan Fraser İnstitutu tərəfindən aparılan Leaving Canada for Medical Care adlı araşdırmanın nəticələri açıqlanıb.
Bu barədə məlumat verən tədqiqatçı Yanick Labrie bildirib ki, getdikcə daha çox kanadalı ehtiyac duyduqları tibb sahələri ilə bağlı ölkəni tərk etmələrinin lazım olduğunu hiss edirlər. Labrie, 2016-cı ildə 63 min 459 kanadalının tibbi müayinə üçün xaricə getdiyini, bunun əvvəlki ilə görə 40 faiz artdığını deyir.
Kanadadakı səhiyyə xidmətində gözləmə müddətlərinin uzun olduğunu, bu səbəblə xəstələrin artan ağrı ilə həyat keyfiyyətinin düşdüyünü ifadə edən Labrie, bir çox kanadalının tibbi müalicə üçün xaricə səyahət etməsinin təəccüblü olmadığını bildirib.
Araşdırmaya görə, səhiyyə problemləri üçün başqa ölkələrə gedənlərin bu yolu seçməsinin başında məhz müalicə üçün uzun müddət gözləmək məcburiyyətində qalmaları gəlir.
Xəstələr, bir mütəxəssis tərəfindən müayinə edildikdən sonra dörd həftədən daha uzun müddət gözləyərək ortalama 10,6 həftədə lazımlı müalicəni ala bilirlər.
Araşdırma 9 min 454 kanadalının dəri- zöhrəvi xəstəliklərlə bağlı problemlər, 6 min 426 nəfər uroloji, 5 min 95 kolonoskopi, qastroskopi və anjiyoqrafi kimi terapiya sinifli əməliyyatlar üçün, təxminən 4 min nəfərin oftalmologiya müalicəsi üçün başqa ölkələrə səhiyyə xidməti almağa getdiyini ortaya çıxarıb. Qalan 38 mindən çox xəstə isə ümumi səhiyyə problemlərinə çarə axtarmaq məqsədilə xaricə üz tutub. Digər tərəfdən Kanadanın 10 əyalətindən 7-sində ölkə xaricinə gedən xəstə sayında artım yaşandığı da müşahidə edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info