“Ermənistana investisiya yatırmaq üçün əlverişli mühit yoxdur”
Tarix: 05.07.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Bir müddət bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz «azad rəqabət» qarşılığında ölkəsinin Ermənistana böyük investisiyalar yatırmasının mümkünlüyü barədə fikirlər səsləndirmişdi. «Suda boğulanın saman çöpündən belə, imdad dilədiyi» anlamını xatırladan Ermənistan üçün belə bir bəyanat, təbii ki, böyük sevincə səbəb olmuşdu.
Lakin səfirin «Ermənistanda yeni bir iş başlamaq üçün əlverişli şərait var» deyimindən sonra, bu ölkənin vergi və gömrüyü ilə bağlı səsləndirdiyi fikirlər düşmən ölkə rəhbərliyinin ovqatını təlx edib. «Tert.am» saytına açıqlama verən erməni iqtisadçı Vilen Xaçatryanın ehtimalına görə, amerikalı səfirin belə bir fikir səsləndirməsi, daha çox qarşılıqlı mühitin yaxşılaşdırılması məqsədi daşıyır. Xaçatryana görə, Ermənistana sərmayə yatırmağa çalışan amerikalı investorlar burada maneə ilə qarşılaşacaqlarını istisna etmirlər. O, əsas kimi isə Ermənistanda investisiyaların çox payının Rusiya tərəfinə məxsus olduğunu və Moskvanın Vaşinqton tərəfindən investisiya ilə bağlı atılan hər hansı bir addıma maneə törədəcəyini göstərir. Bununla yanaşı, o, bu faktorun ölkəsi üçün mənfi rol oynadığını bildirir. Hazırda Ermənistanda investisiya yatırımı üçün əlverişli mühitin olmadığını etiraf edən Xaçatryan erməni rəhbərliyinin bu istiqamətdə müəyyən addımlar atdığını bildirir. Erməni iqtisadçısı, bəlkə də, elə bilərəkdən ölkə hakimiyyətinin siyasi səriştəsizliyi nəticəsində Ermənistanın istər regional, istərsə də beynəlxalq miqyasda təcrid mühitinə düşməsini etiraf etmək istəmir. Axı bütün erməni əhalisinə, ölkədə geniş yayılmış yoxsulluğun, acınacaqlı sosial-iqtisadi durumun səbəbkarının məhz hazırkı hakimiyyətin səbatsız idarəçiliyinin nəticəsi olduğu gün kimi aydındır. Axı sadə erməniyə aydın olmasa da, iqtisadçı kimi Vilen Xaçatryana Ermənistan hakimiyyətinin daxili siyasətinin ölkədə ictimai fikrə təsir göstərə bilən yalan siyasi vədlər üzərində qurulduğu aydındır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info