KXDR qitələrarası ballistik raketin ilk sınağını həyata keçirib
Tarix: 05.07.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


ABŞ dövlət başçısı “Tvitter”dən münasibət bildirdi:
“Cənubi Koreya və Yaponiyanın bununla razılaşmağına inanmaq çətindir. Yəqin ki, Çin sərt addımlar ataraq bu axmaqlığa birdəfəlik son qoyacaq”

KXDR-in mərkəzi televiziyası “Xvanson-14” qitələrarası ballistik raketin ilk uğurlu sınağı barədə məlumat yayıb. TASS informasiya agentliyi xəbər verir ki, Şimali Koreya tərəfinin bəyanatında raketin maksimal uçuş hündürlüyünün 2802 kilometr olduğu bildirilir. Həmçinin qeyd olunur ki, raket 39 dəqiqə ərzində 933 kilometr məsafə qət edib.
Raketin sınaqdan keçirilməsi əmrini KXDR lideri Kim Çen In verib. Yaponiyanın Müdafiə Nazirliyi isə öz növbəsində raketin Akita prefekturasında yerləşən Oqa yarımadasından 300 kilometr məsafədə Yapon dənizinə düşdüyünü bildirib. Yaponiya hökuməti Şimali Koreyanın növbəti raket sınağı ilə bağlı gün ərzində ikinci dəfə Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Cənubi Koreya prezidenti Mun Ce-in də Şimali Koreyanın növbəti ballistik raket buraxılışından sonra təhlükəsizlik şurasının təcili iclasını çağırıb. “Yonhap” agentliyi bildirir ki, iclasda Şimali Koreyanın növbəti raket təxribatına qarşı hansı addımların atılması məsələsi müzakirə olunub. Rəsmi Pxenyan iddia edir ki, sınaqdan keçirilən raket qitələrarasıdır. Bu, Şimali Koreyanın bu nəsildən olan ilk raketi olub. Cənubi Koreyadan olan hərbi ekspertlər bildirir ki, belə raketlər 8 min km məsafəni qət etmək iqtidarındadır. Şimali Koreya rəsmiləri isə iddia edir ki, onlar artıq dünyanın istənilən nöqtəsindəki hədəfi vurmaq gücündədir. Amma Rusiya Müdafiə Nazirliyi belə düşünmür. Rusiyalı hərbi ekspertlər hesab edir ki, Şimali Koreyanın sınaqdan keçirdiyi qitələrarası raket uzaq deyil, orta mənzillidir. Rusiya Müdafiə Nazirliyi təsdiq edib ki, sınaqdan keçirilən raket 535 km hündürlüyə qalxaraq, 510 km uçub və Yapon dənizinin mərkəzinə düşüb. Rəsmi Moskva bəyan edib ki, raket sınağı Rusiya üçün heç bir təhlükə törətməyib. Çin artıq məsələyə münasibətini açıqlayıb. Rəsmi Pekin bəyan edib ki, Şimali Koreya BMT qətnamələrinə əməl edərək belə sınaqları dayandırmalı və yarımadadakı həssas vəziyyəti nəzərə almalıdır. Həftələrdir Şimali Koreyanı raket sınaqlarına görə tənqid edən, əraziyə yaxın yerlərə yeni gəmilər göndərən ABŞ-ın məsələyə münasibəti maraqla gözlənilirdi. ABŞ-ın müstəqillik gününü bayram etdiyi gündə Şimali Koreyanın “özünəməxsus hədiyyəsi”nə Vaşinqtonun ilk münasibəti Donald Trampdan gəlib. ABŞ dövlət başçısı “Tvitter”dən bu fikirləri yazıb: “Bu adamın həyatda məşğul olmağa başqa işi yoxdurmu? Cənubi Koreya və Yaponiyanın bununla razılaşmağına inanmaq çətindir. Yəqin ki, Çin sərt addımlar ataraq bu axmaqlığa birdəfəlik son qoyacaq”.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info