“Qazaxıstanda fəaliyyətimizin daha uğurlu olması üçün çalışacağıq”
Tarix: 05.07.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Bu gün Astanada EXPO-2017 ab-havası yaşanır. Burada bir çox ölkələr kimi, Azərbaycana aid də ayrıca bölmə fəaliyyət göstərir. Bu bölmədə Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri təbliğ olunur. Bu işdə Qazaxıstandakı Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının üzvləri də fəallıq göstərirlər. Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının sədri Bəhruz Axundov EXPO-2017 ilə bağlı öz təəssüratlarını bizimlə bölüşdü.

-Astanadakı EXPO-2017-də azərbaycanlı gənclər nə kimi aktivlik göstərirlər?
-Öncə bütün xalqımızı salamlayır, doğma Azərbaycanımıza və qardaş Qazaxıstana yeni-yeni uğurlar arzulayırıq. EXPO-2017 proyektində həm Azərbaycan Respublikası, həm də Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı qardaş Qazaxıstana öz dəstəyini yüksək səviyyədə edir. EXPO-2017-də ən gözəl pavliyonlardan biri Azərbaycan Respublikası tərəfindən yüksək təmsil olunur. Azərbaycan Respublikasının Qazaxıstanda olan səfirliyi ulu öndər Heydər Əliyevin siyasətini qardaş Qazaxıstanda layiqincə təmsil edir. Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı Qazaxıstanın Xalqlar Assambleyasının xahişi ilə EXPO-2017 proyektində Mədəniyyət Nazirliyi tərəfindən tikilən Xalqlar şəhərciyində Qazaxıstanda yaşayan xalqların mətbəxini təmsil edir, Mədəniyyət Nazirliyi və Xalqlar Assambleyası tərəfindən bizə xüsusi dəstək göstərilir. Biz əminik ki, axıra qədər əməkdaşlığımız uğurlu olacaq.
-İki ölkənin prezidentlərinin möhkəm dostluğu var. Bu münasibət nə dərəcədə gənclərə şans verir ki, daha fəal olsunlar?
-Prezidentlərimizin dostluğunun böyük tarixi var. Bizim xalqlar türk dünyasının bir hissəsidir; həm dilimiz, həm dinimiz, həm də zəngin mədəniyyətimiz bizi bir-birimizə əbədi bağlayıb. Xüsusən də ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sıx dostluğu, qardaşlığı bizim xalqları daha mehriban edib. Bu gün də bu əbədi qardaşlığı xalqlarımız başda cənab prezidentlərimiz Nursultan Nazarbayev və İlham Əliyev olmaqla layiqincə davam etdirirlər.
-Bu günlərdə Prezident İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir. Bu səfər gənclərdə nə kimi əhvali-ruhiyyə yaradıb və onların gələcək fəaliyyətinə necə təsir edəcək?
-Prezidentimizin Qazaxıstana səfəri, həmişə olduğu kimi, bizi çox sevindirir. Fəaliyyətimizin daha uğurlu olmasına əminik və bunun üçün dayanmadan çalışacağıq. Prezidentimiz İlham Əliyevin Qazaxıstanda səfərdə olarkən bizlərlə də görüşü protokola salınsa, bu, bizi daha da qürurlandırar.
-Qazaxıstan rəsmiləri də qeyd edirlər ki, güclü Qazaxıstan-Azərbaycan dostluğu var. Yerli rəsmilər bizim diaspora, xüsusən, gənclərə hər hansı dəstək göstərirlərmi?
-Qazaxıstanda çoxsaylı xalqlar yaşayır və Qazaxıstan dövləti tərəfindən mədəniyyət mərkəzləri dəstəklənir. Bizim gənclər təşkilatına dövlət tərəfindən xüsusi hörmət var. Biz belə hesab edirik ki, bu, Nursultan Nazarbayevin əməyinin nəticəsidir və ulu öndərə olan hörmətidir. Maliyyə çətinliyimiz var, ancaq əminik ki, bu da öz həllini tapacaq.
Fuad Hüseynzadə
(Bakı-Astana-Bakı)




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info