“Sabantuy”un Azərbaycanda keçirilməsi buradakı tolerantlığın əyani sübutudur
Tarix: 05.07.2017 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Azərbaycanda yaşayan tatar icması milli bayramları “Sabantuy”u Suraxanı rayonundakı Heydər Əliyev parkında təntənəli şəkildə qeyd edib.
Suraxanı Rayonu İcra Hakimiyyətindən bildiriblər ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil və tər güllər qoyublar.
Mərasim Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Tatarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov “Sabantuy”un Suraxanıdakı Heydər Əliyev parkında keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib. Qeyd edib ki, Azərbaycan və Tatar xalqlarının əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dostluq münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nazirlər Kabineti yanında əsas arxiv idarəsinin rəisi İrada Ayyubova Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bayram şənliyində çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov xalqlarımız arasındakı dostluq münasibətlərini yüksək dəyərləndiriblər. Ölkəmizdəki multikultural şərait, tolerantlıq dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin bariz nümunəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, “Sabantuy”un Azərbaycanda keçirilməsi buradakı tolerantlığın əyani sübutudur.
Sonra iştirakçılar müxtəlif müsabiqələrdə güc və bacarıqlarını nümayiş etdiriblər, Qaliblər mükafatlandırılıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info