İlk elektron hərrac keçirilib
Tarix: 05.07.2017 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 iyul 2017-ci il tarixində keçirilmiş hərracda ilk dəfə olaraq vətəndaşlar onlayn qaydada iştirak ediblər.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir.
“Gələcəkdə isə bu prosesin əhatə dairəsi genişləndirilərək kiçik dövlət müəssisə və obyektləri, səhmdar cəmiyyətlərinin də elektron hərrac vasitəsilə özəlləşdirilməsini mümkün edəcək. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir. Tətbiq olunan bütün bu innovativ tədbirlər Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli Fərmanın icrası istiqamətində həyata keçirilir”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, iyulun 4-də keçirilmiş hərraca çıxarılan 2007-ci il buraxılış QAZ 3102 markalı avtomobil nəqliyyat vasitəsinin özəlləşdirilməsi üçün əvvəlcədən onlayn olaraq bir neçə istifadəçi qeydiyyatdan keçib. “Elektron hərrac” xidməti vasitəsilə qeydiyyatdan keçən istifadəçilər hərrac keçirilən vaxt olduqları məkandan heç bir yerə ayrılmadan, sadəcə e-emdk.gov.az saytında müvafiq bölməyə daxil olmaqla hərracda iştirak ediblər. Hərracda start qiyməti 2000 manat olaraq təklif edilən QAZ 3102 nəqliyyat vasitəsi rəqabətli keçən elektron hərrac nəticəsində 4200 manata özəlləşdirilib. Nəqliyyat vasitəsinin rəqabətli hərracında ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilib. Elektron Hərracda satılmış nəqliyyat vasitəsi müvafiq qurumlar tərəfindən qalib alıcının adına rəsmiləşdirilib.
“Bəs yeni istifadəçilər elektron hərracda necə iştirak edə bilər sualının cavabı isə çox sadədir. Belə ki, istənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmək üçün istifadə edə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.
Qeydiyyatdan keçmiş sifarişçinin hərracda iştirakla bağlı seçim imkanı olur. Belə ki, onlar həm hərrac günü göstərilən vaxt prosesin keçirildiyi yerə gələ bilər, həm də hərrac keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə daxil olaraq hərracda onlayn iştirak edə bilər: “Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəaliyyət istiqamətləri üzrə tətbiq edilən innovasiyaların başlıca məqsədi vətəndaşlara və biznes subyektlərinə göstərilən ictimai xidmətlərdə şəffaflığın daha da artırılması, optimallığın və əlçatanlığın maksimum təmin edilməsi, vətəndaşların daha cəld və minimum vaxt itkisi olmaqla xidmətlərdən istifadələrini və bununla da əhalinin məmnunluğunun təmin edilməsidir”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info