Naxçıvanda nağdsız ödənişlərin həcmi 27 milyon manatı ötüb
Tarix: 05.07.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Muxtar respublika üzrə ötən il ərzində ödəniş kartları vasitəsilə edilən nağdsız ödənişlərin həcmi 27 milyon 701 min manata çatıb. Bu ilin 5 ayında isə nağdsız ödənişlər 13 milyon 479 min manat təşkil edib. Təqdirəlayiq haldır ki, POS-terminallar vasitəsilə aparılan nağdsız ödənişlərin 77 faizi muxtar respublikan rayonlarının payına düşüb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan şəhəri üzrə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin yeddinci tirajının qaliblərinə hədiyyələrin təqdim edilməsi münasibətilə muxtar respublikanın Vergilər Nazirliyində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən nazirliyin şöbə rəisi Rəşad Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il martın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb. Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 2017-ci il iyunun 1-dək muxtar respublikanın ticarət və iaşə obyektlərində 1249 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. Muxtar respublikada son vaxtlar nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində aparılan maarifləndirici tədbirlər öz müsbət nəticələrini verir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə 2014-cü ildən etibarən ildə iki dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilir. 2014-cü ildə 223 vətəndaşa 20 min manatlıq, 2015-ci ildə 398 istehlakçıya 20 min manat dəyərində, ötən il isə 435 vətəndaşa 30 min manat dəyərində müxtəlif məişət avadanlıqları hədiyyə edilib.
Builki tədbirdə də seçim zamanı obyektivliyi təmin etmək məqsədilə bir neçə meyar nəzərə alınıb. Belə ki, yuxarı məbləğdə əməliyyat aparılmasından əlavə, əsas göstərici kimi, say etibarilə POS-terminallardan daha çox istifadə edən vətəndaşlara üstünlük verilib.
Tədbirdə Vergilər Nazirliyinin şöbə rəisi Mübariz Əhmədov çıxış edərək bildirib ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirin növbəti tirajı bütün şəhər və rayonları əhatə edib, hədiyyə qazanan vətəndaşların sayı, ümumilikdə, 232 nəfər olub. Onlardan 39-u Naxçıvan şəhər sakinidir. Naxçıvan şəhərində 400-601 manat həcmində nağdsız ödənişlər aparan sakinlərə I, 601-801 manatadək bu qəbildən ödənişlərdən istifadə edənlərə II, 801 manatdan daha çox həcmdə ödəniş aparanlara isə III meyar üzrə hədiyyələr təqdim olunur. Bugünkü tədbirdə hər üç meyar üzrə 39 şəhər sakininə hədiyyələr veriləcək.
Sonra nağdsız ödənişlərə üstünlük verən şəhər sakinlərinə hədiyyələr təqdim edilib. Hədiyyə alanlar bundan sonra da POS-terminallardan mütəmadi istifadə edəcəklərini bildiriblər.
Həvəsləndirici tədbir çərçivəsində, həmçinin Kəngərli rayonunda 24, Şərur rayonunda 38, Sədərək rayonunda 18 nəfərə hədiyyələr verilib. Muxtar respublika sakinləri, ümumilikdə, 15 min manat dəyərində müxtəlif hədiyyələr qazanıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info