Səməd Seyidov: “Ermənilərin Füzulidə törətdikləri vəhşiliklə bağlı məsələ AŞPA-da qaldırılacaq”
Tarix: 05.07.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


İyulun 4-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri artilleriya atəşinə tutması faktı ilə bağlı bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət olunacaq.
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
O qeyd edib ki, məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasında müzakirəyə çıxarılacaq.
S. Seyidovun sözlərinə görə, ötən gecə erməni silahlıları tərəfindən yaşlı qadının və körpə uşağın ölümü ilə nəticələnən hadisə hətta müharibə qanunlarına sığmayan insanlıq əleyhinə cinayətdir: “Təbii ki, Avropa Şurası, o cümlədən digər beynəlxalq təşkilatlar buna qiymət verməlidir. Biz səlahiyyətlərimizin imkan verdiyi bütün beynəlxalq təşkilatlara faktlar, fotolar təqdim etməklə hüquqi qiymət verilməsini tələb edəcəyik. Bu dəhşətli faktı artıq ermənilər ört basdır edə bilməyəcəklər. O yaşlı xanımın və körpənin qanı yerdə qalmayacaq”.
S. Seyidov onu da qeyd edib ki, AŞPA-nın növbəti sessiyasında onsuzda xeyli məsələlər Azərbaycanla bağlıdır və bu hadisə də həmin məsələlər arasında geniş yer tutacaq: “Bütün iclaslarda bu məsələ qaldırılacaq”.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info