“Azərbaycanda əhalinin 92 faizi hökumətə inanır”
Tarix: 27.04.2013 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


“Azərbaycanlıların 69 faizi iqtisadi vəziyyətin yaxşı olmasından, 60 faizi isə ölkədə gedən demokratik proseslərin nəticələrindən razıdır”
“Azərbaycanda əhalinin 92 faizi hökumətə inanır”. Bu barədə 2012-ci ilin sonuna Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində keçirilən sorğuda bildirilir. Sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilib.
“Avropa Qonşuluğu Barometri" (ictimai rəyin və media-monitorinqin tədqiqatı) Aİ tərəfindən maliyyələşdirilən regional informasiya proqramının bir hissəsidir və qonşuluq siyasətinin, Aİ əməkdaşlıq tədbirləri və proqramlarının məlumatlandırma və qəbul etmə səviyyəsinin qiymətləndirilməsinə istiqamətlənib. Bu barədə aprelin 25-də Avropa Qonşuluğu İnformasiya Mərkəzinin yaydığı məlumata bildirilir.
Sorğuda iştirak edən azərbaycanlılar öz həyatlarından məmnundurlar (bu, region ölkələrindən daha çoxdur): rəyi soruşulanların 65 faizi öz həyatlarından razıdırlar. Həyatdan məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksəkdir. Rəyi soruşulanların böyük əksəriyyəti öz hökumətinə (92 faiz) və parlamentə (68 faiz) inanır.
Həmçinin rəyi soruşulanlar ölkələrinin inkişaf istiqamətindən razıdırlar: 48 faiz hesab edir ki, Azərbaycan düzgün istiqamətdə hərəkət edir və yalnız 17 faiz bununla razılaşmır. İqtisadi əhval-ruhiyyə indeksi də yüksəkdir: rəyi soruşulanların 69 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu hesab edir. 60 faiz isə ölkədə gedən demokratik proseslərin nəticələrindən razıdır.
Respondentlərin 53 faizi hesab edir ki, Azərbaycan və Aİ arasında yaxşı əlaqələr formalaşıb. Bu nisbət orta hesabla Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) Şərq regionu üzrə (müvafiq olaraq 45 faiz və 29 faiz) nisbətən daha yaxşı göstəricidir.
Rəyi soruşulan respondentlərin yalnız 37 faizi Aİ-nin öz ölkələri üçün strateji tərəfdaş olduğunu hesab edir, 51 faizi isə əmindir ki, tərəflər arasında effektiv əməkdaşlıq üçün kifayət qədər ümumi dəyərlər var. "Avropa Qonşuluğu Barometri"nin statistik məlumat və nəticələrinin nəşri 2012-ci il ərzində ölkələr üzrə Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinin gedişi haqqında hesabatlar paketinin elanına uyğunlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info