Gürcüstanda Beynəlxalq Xalça Festivalı keçirilir
Tarix: 05.07.2017 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


28 iyun – 2 iyul tarixlərində Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Xalça Muzeyi, İCOM Azərbaycan və İCOM Gürcüstan Milli Komitələri və “HALI” jurnalının birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq Xalça Festivalı keçirilir.
Festival çərçivəsində 28 iyun tarixində Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyində “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” sərgisinin açılış mərasimi keçirildi. Sərgi bu il keçirilən Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biridir.
Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır. Burada xüsusi zövqlə toxunmuş 24 ədəd XIX-XX əsrlərə aid xalça məmulatı nümayiş olunacaq. Onlar xalçalar kimi əhalinin məişətində və gündəlik həyatında geniş istifadə edilirdi. Xalça məmulatlarından ən çox yarımköçəri maldarlıqla məşğul olan əhalinin istifadə etməsinə baxmayaraq, bu əşyalar şəhər sakinləri arasında da geniş yayılmışdı. Bu cür məmulatları qadın ustaları əsasən öz ailələrinin ehtiyacı üçün toxuyurdular.
Açılış mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, İCOM Gürcüstan Milli Komitəsinin sərdi İnga Karaia, tarixində Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyinin direktoru İrina Koşoridze çıxış etdilər.
Sərgi 28 iyul tarixinədək davam edəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info