Azay Quliyev Ermənistanı barbar və vəhşi adlandırıb
Tarix: 05.07.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək (https://www.youtube.com/watch?v=pxpWubcaMAg) Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Azay Quliyev bildirib ki, erməni silahlı birləşmələri qəsdən mülki əhalini hədəfə alaraq iki günahsız insanı - Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirib: “Bu Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi hərəkətdir. ATƏT PA bu qəddar hücumları kəskin şəkildə pisləməlidir. Münaqişələrdə belə halların baş verməsinə heç vaxt icazə verməməliyik. Düşünürəm ki, bu hərəkət azərbaycanlı mülki əhali qarşı olan qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır”.
Azay Quliyev bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb.
Sessiyada qətlə yetirilən mülki şəxslər barədə XİN-in bəyanatı və onların şəkilləri ATƏT PA-nın üzvlərinə paylanılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info