Avqustun 1-dən Elektron İpoteka Sistemi əhalinin istifadəsinə veriləcək
Tarix: 05.07.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


"Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Elektron İpoteka” sisteminin (EİS) Elektron Hökumət Portalı ilə inteqrasiya prosesi artıq başa çatıb. Avqustun 1-dən Elektron İpoteka Sistemi “Elektron Hökumət Portalı”nın real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək.
Bundan sonra “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa internet vasitəsi ilə onlayn rejimində “Elektron Hökumət Portalı”-na (www.e-gov.az) daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət zamanı qeydiyyatdan keçərkən Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imzanı (www.asanimza.az) əldə etməlidir.
“Elektron ipoteka” sistemi (EİS) Azərbaycan Respublikası Prezidentinin ölkədə elektron xidmətlərin tətbiqi və istehlakçıların hüquqlarının qorunması üzrə tapşırıqlarını rəhbər tutaraq, o cümlədən “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə yaradılmışdır. Sistemin fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsasları Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1126 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” ilə müəyyən edilir və onun fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru kimi “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən təmin edilir.
EİS-in tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info