“Diaspor təşkilatları Alxanlı hadisəsi ilə bağlı səfərbər olunub”
Tarix: 05.07.2017 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


“İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sahibə Quliyevanın həlak olması ilə bağlı Azərbaycan diaspor təşkilatları səfərbər olunub”.

Bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N. İbrahimov qeyd edib ki, xaricdəki soydaşlarımız və Azərbaycan diaspor təşkilatları Ermənistan tərəfinin təxribatı nəticəsində biri azyaşlı körpə olmaqla, iki nəfər dinc sakinin həlak olması faktını böyük narahatlıqla qarşılayıb və Dövlət Komitəsinə bununla bağlı çoxsaylı müraciətlər daxil olub. Dövlət Komitəsinin sədri baş verənlərin beynəlxalq aləmin diqqətinə çatdırılması məqsədilə artıq diaspor təşkilatlarına müvafiq tövsiyələr verildiyini bildirib: “Diaspor təşkilatları artıq yaşadıqları ölkələrin hökumətlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və yerli ictimaiyyətə müraciətlər ünvanlamağa başlayıb. Eyni zamanda xarici ölkələrdəki Ermənistan səfirliklərinin qarşısında, beynəlxalq qurumların qərargahları önündə, iri şəhərlərin mərkəzi küçə və meydanlarında etiraz aksiyaları, yürüş keçirərək beynəlxalq aləmi dinc sakinlərin həlak olmasına biganə qalmamağa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinə dəstək göstərməyə çağıracaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info