AMEA-nın elmi müəssisə və təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq
Tarix: 05.07.2017 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Akademiyadan verilən məlumata görə, iclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun həmmüəllifi olduqları “Big Data və superkompüter texnologiyaları: çağırışlar, problemlər və vəzifələr” adlı elmi məruzə dinlənilib. Rəyasət Heyəti Rasim Əliquliyevin məruzəsində olan təkliflər əsasında müvafiq qərar qəbul edib.
Rəyasət Heyətinin iclasında AMEA-nın bəzi elmi müəssisələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub. Mövzu ilə əlaqədar çıxış edən Akademiya prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA nizamnaməsi və "Elm haqqında" Azərbaycan Qanununun müvafiq maddələrinə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qeyd edilənlər nəzərə alınaraq Rəyasət Heyəti tərəfindən AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiq edilib. Vurğulanıb ki, muzeylərdə həyata keçirilən sahibkarlıq fəaliy¬yəti bu Qaydalara edilmiş əlavələr, eləcə də fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki-hüquqi müqavilələr əsasında müəyyən edilir.
İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nizamnaməsinə qismən dəyişiklik edilməsi ilə bağlı qərar da qəbul olunub. Akademik Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun tərkibinin, o cümlədən AMEA-nın Elm Tarixi İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq olunması, AMEA Qafqazşünaslıq İnstitutunun strukturunda qismən dəyi¬¬şiklik edilməsi və AMEA Zoologiya İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin yaradılması gündəlikdə yer alan məsələlərdən olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info