İbrahimbəyov Balayanla birgə film çəkəcək
Tarix: 27.04.2013 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


Rüstəm İbrahimbəyov Rusiya mətbuatına verdiyi müsahibədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına saldıqdan sonra yenə də Ermənistana dəstək kampaniyasını var gücü ilə davam etdirir.
Belə ki, sosial şəbəkələrdə və kinematoqrafiya məsələlərinin müzakirə edildiyi forumlarda ukraynalı istifadəçilər tərəfindən erməni rejissor Roman Balayan və azərbaycanlı ssenarist Rüstəm İbrahimbəyovun yeni birgə işini səbirsizliklə gözlədikləri barədə məlumatlar yayılmaqda davam edir. Məlumatlara əsasən, İbrahimbəyov və Balayanın birgə filminin çəkilişlərinə Kiyevdə hazırlıqlar davam edir. İddialara görə, Rüstəm İbrahimbəyovun Bakı və Moskvada nadir hallarda görünməsinin səbəbi budur. Qeyd edək ki, bu, Rüstəm İbrahimbəyov və Roman Balayanın ilk birgə işi deyil. O mütəmadi olaraq Balayanla “əməkdaşlıq” edir. Onun bir sıra filmlərinin ssenari müəllifi məhz R.İbrahimbəyovdur. Onların sırasında - "Cənnət quşları" (rejissor R.Balayan, ssenari müəllifi R.İbrahimbəyov-2008), "Gecə işıqlıdır" (rejissor R.Balayan, ssenari müəllifləri R.İbrahimbəyov və R.Balayan-2004), "Filer" (rejissor R.Balayan, ssenari müəllifləri R.İbrahimbəyov, R.Balayan, Aleksandr Serafimoviç-1987), "Mənim talismanım, məni qoru" (rejissor R.Balayan, ssenari müəllifi R.İbrahimbəyov - 1986) filmlərini qeyd etmək olar.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb
19.10.2019
Əli Həsənov: Radikal müxalifətin ikinci oktyabr iflası
19.10.2019
Barselonada gərgin vəziyyət davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info