Mətbuat Şurasından dünya media ictimaiyyətinə ünvanlanan bəyanat
Tarix: 06.07.2017 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb. Dünyanın media ictimaiyyətinə ünvanlanmış bəyanatda deyilir ki, Ermənistanın əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüquqa, insan haqlarına və fundamental azadlıqlara açıq həqarətdir, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə zərbədir: “Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsinə birbaşa terror əməlidir. Mətbuat Şurası üzv olduğu Dünya Mətbuat Şuraları Assosiasiyasını, Avropa Mətbuat Şuraları Alyansını, digər beynəlxalq təşkilatları, o cümlədən jurnalistika sahəsində ixtisaslaşmış bütün xarici qurumları Ermənistanın minlərlə məsum azərbaycanlı uşağın qətlinə səbəb olmuş işğalçılıq siyasətinə biganə qalmamağa səsləyir. Şura hesab edir ki, dünyanın media ictimaiyyətinin hadisə ilə bağlı yüksək həssaslığı yeni insan faciələrinin yaşanmasının qarşısını ala bilər. Mətbuat Şurası, həmçinin yerli kütləvi informasiya vasitələrinə də üz tutaraq bu vandalizm aktını geniş, peşəkarlıqla işıqlandırmağa, onun miqyasını özlərinin beynəlxalq tərəfdaşları ilə bölüşməyə, mövcud istiqamətdə daha fəal mövqe tutmağa çağırır”.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info