“Uşağın ödürülməsi cinayətdir”
Tarix: 06.07.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“Ermənilər tərəfindən dinc əhaliyə atılan bu cür addımlar vəziyyəti daha da gərginləşdirir”
"Azərbaycan dövləti öz mülki vətəndaşlarına qarşı atılan qeyri-qanuni addımları aidiyyəti beynəlxalq təşkilat səviyyəsində araşdırmaq hüququna malikdir. Azərbaycanın dinc əhalisinə qarşı atılan son addımlar bizdə ciddi təəssüf doğurub. Bununla bağlı həlak olanların ailələrinə və Azərbaycan dövlətinə başsağlığı veririk". Bunu keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Səfir deyib ki, son hadisədə bir uşağın ölümü cinayətdir: “Bu cür hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirir. Azərbaycan dost, qardaş dövlətdir. Biz baş verən bu hadisəyə çox təəssüflənirik. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu üzərinə götürdüyü missiyanı yerinə yetirməlidir". Səfir mülki şəxslərə qarşı hərbi addımları pislədiklərini bildirib: "Beynəlxalq qayda və qanunlar humanitar hüququn pozulmasını pisləyir və inanırıq ki, ermənilər tərəfindən atılan bu cür təhrikedici addımlar münaqişənin siyasi və sülh yolu ilə həlli prosesinə heç bir köməklik göstərməyəcək, vəziyyəti daha da gərginləşdirəcək". Cahangirzadə qeyd edib ki, ATƏT-in Minsk qrupu atəşkəs rejiminin pozulması hallarının və mülki vətəndaşlara qarşı atılan hər cür addımların qarşısını almaq üçün ciddi qabaqlayıcı addımlar atmalıdır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info