Diaspor təşkilatları səfərbər olunub
Tarix: 06.07.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


İyulun 9-da Berlindəki Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriləcək
“İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sahibə Quliyevanın həlak olması ilə bağlı Azərbaycan diaspor təşkilatları səfərbər olunub”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. N. İbrahimov qeyd edib ki, xaricdəki soydaşlarımız və Azərbaycan diaspor təşkilatları Ermənistan tərəfinin təxribatı nəticəsində biri azyaşlı körpə olmaqla, iki nəfər dinc sakinin həlak olması faktını böyük narahatlıqla qarşılayıb və Dövlət Komitəsinə bununla bağlı çoxsaylı müraciətlər daxil olub. Dövlət Komitəsinin sədri baş verənlərin beynəlxalq aləmin diqqətinə çatdırılması məqsədilə artıq diaspor təşkilatlarına müvafiq tövsiyələr verildiyini bildirib: “Diaspor təşkilatları artıq yaşadıqları ölkələrin hökumətlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və yerli ictimaiyyətə müraciətlər ünvanlamağa başlayıb. Eyni zamanda xarici ölkələrdəki Ermənistan səfirliklərinin qarşısında, beynəlxalq qurumların qərargahları önündə, iri şəhərlərin mərkəzi küçə və meydanlarında etiraz aksiyaları, yürüş keçirərək beynəlxalq aləmi dinc sakinlərin həlak olmasına biganə qalmamağa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinə dəstək göstərməyə çağıracaq”. Dünya Azərbaycanlıları Assambleyasından bildiriblər ki, iyulun 9-da Ermənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Aksiya Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbiçilərinin mülkü şəxsləri atəşə tutması və nəticədə 50 yaşlı qadının və nəvəsinin erməni gülləsindən həyatlarını itirməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq. Akiyada “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son” , “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Mitinqlə bağlı icazə Alman polisinə xəbərdarlıq məktubu təqdim ediləcək. Qeyd edək ki aksiya, iyulun 9-da saat 15:00-da Ermənistanın Berlindəki səfirliyinin qarşısında təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info