Düşənbədə regional sammit: yeni alyans yaratmaq mümkün olacaqmı?
Tarix: 06.07.2017 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Prosesləri səhnə arxasından idarə edən Pekin Əfqanıstan-Pakistan formatına Türkmənistanla Tacikistanı da daxil etmək istəyir

Pakistanın baş naziri Nəvaz Şərif Düşənbəyə səfər edib. Emomali Rəhmanla görüşdə regional layihələr və təhlükəsizlik məsələləri müzakirə ediləcək. Onların görüşünə sonradan Əfqanıstan dövlət başçısı Əşrəf Qani və Qırğızıstanın baş naziri Sooronbay Jeenbəyov qoşulacaq. Regionda təhlükəsizliyin və sülhün təmin olunmasının koordinasiya olunma mexanizmi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Əşrəf Qani Düşənbəyə səfərdən əvvəl Aşqabada baş çəkərək türkmən lideri Qurbanqulu Berdıməhəmmədovla görüşüb. Həmin görüşdə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəməri və Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu layihəsi müzakirə edilib. Düşənbədə keçiriləcək çoxtərəfli görüşdə isə elektrik enerjisinin Tacikistan və Qırğızıstandan Əfqanıstan və Pakistana ötürülməsi (CASA-1000) layihəsinin reallaşması istiqamətində mühüm addımın atılması gözlənilir. Bu layihə üzrə ilk enerji axınının 2020-ci ildə Pakistana çatması nəzərdə tutulub. TAPİ qaz kəmərində olduğu kimi, CASA-1000 layihəsinin xətlərinin çox hissəsi Əfqanıstan ərazisindən keçir. Müasir Əfqanıstanı öyrənmə mərkəzinin eksperti Ömər Nessar “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, son iki il ərzində Əfqanıstanda vəziyyət pisləşib və taliblərin nəzarəti altında olan ərazilərin sahəsi genişlənib. Əfqan hərbçilər və dinc sakinlər arasında ölənlərin sayını artıq hesablayan yoxdur: “Belə bir şəraitdə regional səviyyəli layihələri reallaşdırmaq çətindir. Ona görə də region dövlətləri Düşənbədə təhlükəsizlik məsələsini geniş şəkildə müzakirə etməyi düşünür”. Bu ilin sentyabr ayında Asiya Oyunlarına ev sahibliyi edəcək Türkmənistan üçün təhlükəsizlik məsələsi xüsusilə vacibdir. Türkmənistan həm ölkə daxilində, həm də sərhədlərində təhlükəsizliyi tam şəkildə təmin etməlidir ki, Oyunları keçirə bilsin.


“Suriyada sıxışdırılan “İŞİD” terrorçuları son zamanlar Əfqanıstanda fəallaşmağa başlayıb. Sanki müəyyən qüvvələr onları tədricən Suriyadan Əfqanıstana və Liviyaya “köçürür”. “İŞİD” terrorçularının birdən-birə aktivləşərək Əfqanıstanın şimalında yerləşən Derazl rayonuna hücum etməsi də bunu təsdiqləyir. Terrorçular rayonu ələ keçirə bilməsələr də, mülki əhalinin yaşadığı, mülki obyektlərin olduğu müəyyən ərazilər artıq onların nəzarətindədir”


Qeyd edək ki, Suriyada sıxışdırılan “İŞİD” terrorçuları son zamanlar Əfqanıstanda fəallaşmağa başlayıblar. Sanki müəyyən qüvvələr onları tədricən Suriyadan Əfqanıstana və Liviyaya “köçürür”. “İŞİD” terrorçularının birdən-birə aktivləşərək Əfqanıstanın şimalında yerləşən Derazl rayonuna hücum etməsi də bunu təsdiqləyir. Rayonun polis rəhbəri Rəhmətula Türküstani bildirib ki, terrorçular rayonu ələ keçirə bilməsələr də, mülki əhalinin yaşadığı, mülki obyektlərin olduğu müəyyən ərazilər artıq onların nəzarətindədir. Rayondakı hərbi obyektlərə isə, hələlik əfqanlar nəzarət edir. Minlərlə dinc sakinin evini tərk etdiyi bölgədə olan 10 rayondan 3-ü Türkmənistanla sərhəddədir. Bəzi mənbələr həmin rayonların əhalisinin 70 faizinin etnik türkmən olduğunu təsdiqləyir. Pakistan və Əfqanıstanı təhlükəsizlik məsələsini həll etməyə vadar edən səbəblərdən biri də Çindir. Bu isə prosesin başqa bir regional aspektidir. Əfqanıstandakı qeyri-stabillik Çinə öz layihələrin həyata keçirməyə mane olur. Pekin ABŞ-ın Əfqanıstanda sabitlik yaracağına inanmadığından artıq özü müstəqil şəkildə prosesləri idarə etməyə çalışır. Ona görə də ekspertlər bildirirlər ki, Düşənbədə keçiriləcək çoxtərəfli görüşün əsas memarı Pekindir.

Ekspert Aleksandr Knyazev:
“Bu format praktikada özünü doğrultmayacaq. Çinin bu təşəbbüsündə zəif bənd Əfqanıstandır”

Vaşinqtonla toqquşmamaq üçün Çin Düşənbə görüşündə əsas iştirakçı olduğunu bəyan etmir. Amma proseslərin inkişafı göstərir ki, Pekin Türkmənistan və Tacikistanı da daxil etməklə Çin-Əfqanıstan-Pakistan alyansı yaratmağa çalışır. Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev hesab edir ki, belə təşəbbüs uğursuz olacaq. Onun fikrincə, Pekinin əsas fiqur olduğu Düşənbə-İslamabad-Kabul formatı praktikada özünü doğrultmayacaq: “Çinin bu təşəbbüsündə zəif bənd Əfqanıstandır. Kabul administrasiyası Pekinin təşəbbüslərini sabotaj edərək İslamabadla da konfrontasiyaya gedir. Kabulun öncədən Dehli ilə yaxınlaşma siyasəti də bunu təsdiqləyə bilər”. Ekspert hesab edir ki, bu məsələdə Çin-ABŞ danışıqları həlledici rol oynaya bilər. Artıq ABŞ və Çin liderləri bir dəfə görüşüblər. Hamburqda keçiriləcək sammitə qatılacaq Çin liderinin Trampla növbəti görüşü gözlənilir. Çin rəhbərinin sammitə getməzdən əvvəl Moskvaya baş çəkərək Putinlə müzakirə aparmasını da unutmaq lazım deyil. Enerji-iqtisadi blokda hansısa layihəni reallaşdırmaq, ən azından imitasiya etmək mümkün olduğu halda, təhlükəsizik məsələsində regional oyunçuların ABŞ və Rusiyasız bunu etməsi mümkün deyil. Digər tərəfdən region dövlətlərinin öz aralarında o qədər problem var ki, onların qeyd edilən sahədə orta yol tapması müşkül məsələdir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info