Alman deputat Aİ-ni ABŞ-ın “Transatlantik əlavə“si adlandırıb
Tarix: 06.07.2017 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


“2017-ci ilin ilk rübündə Almaniyada istehsal edilən malların Rusiyaya ixracı, təqribən üç dəfə artıb. Bu il ərzində Almaniyadan Rusiyaya ixrac 10 faiz arta bilər”

Avropa Parlamentinin almaniyalı deputatı Udo Foyqt Avropa İttifaqının Rusiyaya qarşı qadağaların müddətini uzatmasından sonra bu birliyi ABŞ-ın "transatlantik əlavəsi” adlandırıb:
“Avropa İttifaqı hər hansı bir iqtisadi səbəblərə görə belə, Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasına maraq göstərmir. Bu isə daha çox Amerika Birləşmiş Ştatlarının vəziyyəti getdikcə pisləşməkdə olan “transatlantik əlavəsi”nin yürütdüyü mənasız siyasətin nəticəsidir”. Alman deputatın etirafına görə, hazırda «riyakar» qadağaların mövcudluğuna baxmayaraq, rus-alman ticarət əlaqələri yüksəliş dövrünə qayıtmaqdadır. Almaniyanın statistik məlumatına istinad edən Foyqt qeyd edib ki, 2017-ci ilin ilk rübündə yerli istehsal mallarının Rusiyaya ixracı təqribən, üç dəfə artıb. Alman deputatın təxminlərinə görə bu il ərzində Almaniyadan Rusiyaya ixrac 10 faiz arta bilər: “Məhz elə bu fonda qadağaların genişləndirilməsi öz ayağına güllə sıxmaq kimi görünür. Avropalılar, artıq ayağa qalxmalı və öz mənfəətlərinə görə, Rusiy ilə əlaqələrin möhkəmləndirilməsinə can atmalıdırlar”. Qeyd edilməlidir ki, Avropa İttifaqı Şurası iyun ayının 28-də Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay uzadılması ilə bağlı qərar qəbul edib. Rusiya prezidenti Vladimir Putin də buna cavab olaraq Qərbə qarşı qadağaların müddətinin 2018-ci ilin sonuna qədər uzadılması barədə sərəncam imzalayıb. Bir daha xatırlatmağa dəyər ki, Rusiya ilə Qərb arasındakı münasibətlərin pisləşməsinə səbəb kimi, Krım və Ukraynada baş verən hadisələr göstərilsə də, bunun kökü daha dərinlərə gedirb çıxır. 2014-cü ilin iyul ayından başlayaraq ABŞ başda olmaqla, Avropa İttifaqının ilk olaraq, rusiyalı müəyyən şəxslərə, daha sonra şirkətlərə tətbiq etdiyi qadağalar, daha sonra bütövlükdə ölkəyə şamil edildi. Avropa İttifaqının 2015-ci ilin martında keçirilən sammiti isə qadağaların “Minsk müqaviləsi”nin şərtlərinin həyata keçirilməyəcəyi təqdirdə qüvvədə qalacağın bəyanladı. Rusiya isə cavab tədbiri ilə ABŞ, Kanada, Avstraliya və Norveçdən idxal etdiyi qida məhsullarına məhdudiyyət tətbiq etdi. Moskva, Ukrayna ilə bağlı “Minsk müqaviləsi”nin şərtlərinin həyata keçirilməsini absurd hesab edir. Rusiya tərəfi səbəb kimi göstərir ki, Ukrayna münaqişəsində tərəf kimi çıxış etmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info