“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) B Ə Y A N A T I
Tarix: 06.07.2017 | Saat: 03:29:00 | E-mail | Çapa göndər


2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisini və mülki obyektlərini müxtəlif silahlardan intensiv atəşə tutması xeyli dağıntı və dinc əhali arasında itkilərlə nəticələnib. Atəş nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra şəhid olublar. Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz isə yaralanıb. Bu, təcavüzkar Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdi ilk vandalizm aktı deyil. Ermənistanın işğalçı rejimi beynəlxalq hüquq normalarına və konvensiyalara məhəl qymayaraq, bundan əvvəl də mülki əhali arasında tələfata və dağıntılara səbəb olan çox sayda cinayətlər törədib. Çox təəssüf ki, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsdərləri, o cümlədən beynəlxalq birlik Ermənistanı bu cinayətkar addımlardan çəkindirmək üçün təsirli tədbirlər görmür. Ona görə də cəzasız qalacağına inanan Ermənistan təcavüzkar əməllərini davam etdirərək, təxribatlarına ara vermir. Ermənistan hakimiyyətinin münaqişənin dinc yolla həllinə yönəlik çağırışlara əhəmiyyət vermədən dinc əhalini bombardman etməsi bir daha göstərir ki, həmsədrlərin rəsmi İrəvana münasibətdə daha sərt mövqe tutmaları zəruridir. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Ermənistanın dinc əhaliyə qarşı son vəhşiliyini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatların öz misyalarına uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə dəvət edirik. Əks halda, Ermənistanın bu təxribatları cəbhədə gərginliyin artmasına və irimiqyaslı müharibənin təkrar alovlanmasına səbəb olacaq. Buna görə bütün məsuliyyət isə işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB)




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info