“Məhsullarımız müxtəlif ölkələrə ixrac olunur”
Tarix: 27.04.2013 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


İqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Latviyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Juris Puce və digər rəsmi şəxslərlə yanaşı, Latviyanın kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən iş adamları da iştirak ediblər.

İqtisadi inkişaf naziri Şahin Mustafayev qonaqları salamlayaraq, Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək, ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını qeyd edib. Bildirilib ki, Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindəndir. Aqrar sektora sistemli dövlət dəstəyi tədbirləri göstərilir, ölkədə müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişlənir, aqrar sektorun infrastruktur təminatı yaxşılaşır, müasir quşçuluq və heyvandarlıq kompleksləri, iri taxılçılıq təsərrüfatları yaradılır, kənd təsərrüfatı sahəsində intensiv metodlar tətbiq edilir. Hazırda rəqabətqabiliyyətli Azərbaycan məhsulları müxtəlif ölkələrə ixrac olunur. Ölkəmizin aqrar sahədə geniş potensiala malik olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Straujuman ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, səfər çərçivəsində keçirdiyi görüşlərin və bu günlərdə keçirilmiş Azərbaycan-Latviya biznes-forumunun ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb. Xanım Laimdota Straujuman iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Görüş çərçivəsində, həmçinin Latviyanın heyvandarlıq, şirniyyat istehsalı, tərəvəz emalı, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri fəaliyyətlərinə dair məlumat veriblər.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info