Yaponiyada əhali fasiləsiz olaraq azalır
Tarix: 06.07.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Yaponiyada əhali artıq səkkiz ildir fasiləsiz olaraq azalır. Bu barədə Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, cari il yanvarın 1-ə olan məlumata görə, ölkə əhalisinin sayı 125 milyon 580 min nəfərdir. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə əhalinin 300 min nəfər azalması deməkdir.
AZƏRTAC xəbər verir ki, azalma sayı bu statistikanın aparılmağa başladığı 1968-ci ildən bəri ən yuxarı göstəricidir. Ölkə əhalisinin sayının 2009-cu ildə ən yüksək həddə çatdığı qeyd olunur. Əlavə olaraq bildirilir ki, ölkədəki 47 prefekturadan 41-də əhalinin azalması qeydə alınıb. Son beş ildə bu göstərici Hokkaydo prefekturasında ölkə üzrə ən yüksək olaraq qalıb. Burada əhalinin təqribən 33 min nəfər azaldığı bildirilir.
Bununla yanaşı, Tokioda və beş digər prefekturada əhalinin sayının artdığı qeyd edilir. Artıq 21 ildir ki, davamlı olaraq artan paytaxt sakinlərinin sayı təqribən 13 milyon nəfər təşkil edir.
Yaponiyada yaşayan əcnəbilərin də sayı ötən illə müqayisədə 150 min nəfər artaraq 2 milyon 320 min nəfərə çatıb. Bu, həmin statistikanın aparılmağa başladığı 2013-cü ildən bəri ən yüksək göstəricidir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info