“İndi biz daha çox çempionata köklənməliyik”
Tarix: 27.04.2013 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Saşa Stamenkoviç: “Məni cəzalandırmaq Hacıyevin haqqıdır”

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin müsahibəsini təqdim edirik:

- “Qarabağ”la kubokun cavab oyunu barədə nə deyə bilərsiniz?
- İlk növbədə, onu qeyd etməliyəm ki, kubok oyunları “Neftçi”nin nə qədər böyük komanda olduğunu bir daha göstərdi. “Qarabağ”ın üç çempionat oyununda qələbə qazanması isə bizim Avropa Liqasındakı çıxışımızla, yorğunluğumuzla bağlı idi. Kubok görüşlərində isə özünüz də gördünüz ki, biz onlara heç bir şans vermədik. İkinci oyunda da qalib gələ bilərdik.
- Əgər sizin kobud səhviniz olmasaydı...
- Rəqib o qədər də yaxşı oynamadı. Bu üzdən «Qarabağ»a «kömək» etmək qərarına gəldim.
- Siz həmin epizodda nə etmək istəyirdiniz?
- Vaxt «öldürmək» istəyirdim. Amma yıxıldım və...
- Bu epizod Böyükağa Hacıyevin ürəyincə olmayıb və bəyan edib ki, sizi cəzalandıracaq...
- Bu, onun haqqıdır.
- Sizi, həqiqətən də, Conni Leoninin gedişi arxayınlaşdırıb? Hər halda baş məşqçi belə qənaətdədir...
- Mən qapıda Leoniyə görə dayanmıram. İsveçrəli yaxşı insan və qapıçı idi. Onun niyə getdiyini bilmirəm. Amma bu, məni qətiyyən arxayınlaşdırmır.
- Kubokun finalında “Xəzər-Lənkəran”la qarşılaşacaqsınız...
- Şübhəsiz ki, maraqlı qarşılaşma olacaq. Amma indi bu haqda düşünmürəm. Sadəcə onu deyə bilərəm ki, biz ötən il “Bakı” ilə oyunun da favoriti idik. Buna baxmayaraq, həlledici oyunda uduzduq. Ona görə də indi biz daha çox çempionata köklənməliyik. Premyer Liqada uğur qazandıqdan sonra kubokun finalı barədə düşünmək olar.
- Bu həftə sizi “İnter”lə derbi gözləyir. Bu oyuna qədər hazır ola biləcəksiniz?
- Buna borcluyuq. Öz meydanımızda oynayırıq. Ona görə də üç xal götürməyə çalışacağıq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info