Ağstafanın daha bir kəndinə də ilk dəfə təbii qaz verilib
Tarix: 06.07.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Ağstafa rayonunun Sadıqlı kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi Oqtay Qarayev və başqaları çıxış ediblər. Bildirilib ki, Sadıqlı kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumilikdə, 41481 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 3298 nəfər, yəni 641 abonent ilk dəfə “mavi yanacaq”la təmin edilib.
Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Ağstafa rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Artıq rayonun 39 yaşayış məntəqəsindən 36-na təbii qazın verilməsi təmin olunub.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info