14 506 nəfər protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub
Tarix: 06.07.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin 14 506 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. 
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə 214 ədəd əlil arabası, 581 ədəd aşağı və yuxarı ətraf protezi, 897 ədəd aşağı və yuxarı ətraf ortezi, 295 ədəd bel və boyun nahiyəsi üçün korset, 259 ədəd dördayaqlı dayaq vasitəsi, 610 cüt dirsəkaltı ağac, 755 ədəd əsa verilib. Həmçinin onlara 1 234 cüt protez ayaqqabı, 2 283 cüt ortopedik ayaqqabı, 386 cüt qoltuqaltı ağac, 47 ədəd eşitmə aparatı,  müxtəlif növlərdə 4 662 reabilitasiya vasitəsi və s. təqdim edilib. Əlilliyi olan şəxslərə məxsus 383 ədəd  reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib.
 
Ümumilikdə qeyd olunan dövrdə 4 787 nəfər əlilliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 644 nəfər vətəndaş protez-ortopedik bərpa xidmətləri ilə təmin olunub.
 
Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində isə 286 nəfər müvafiq şəxsə reabilitasiyayönümlü xidmətlər göstərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info