“İki yaşlı qızın ölümünə görə məsuliyyəti təkcə erməni hərbçisi deyil, beynəlxalq vasitəçilər də daşıyır“
Tarix: 06.07.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Oleq Kuznetsov: "İki yaşlı qızın ölümü müharibəni dayandırmayacaq. Bu müharibəni ancaq Azərbaycan silahının tam qələbəsi dayandıra bilər"
"Son 25 ildə Dağlıq Qarabağda müharibə gedir. Bəli, məhz müharibə, hansısa mifik silahlı qarşıdurma yox. Kiminsə qulağına xoş gəlməsə də bu belədir. Çoxdandır ki, heç bir Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycanla Ermənistan arasında çoxillik müharibə var. Bu müharibənin günahkarı və əsas təcavüzkarı hamıya yaxşı məlumdur. Əgər müharibə gedirsə, onda onun qaçılmaz atributu təkcə döyüş meydanında hərbçilərin deyil, bir-birinə qarşı mübarizə aparanların artilleriya dueli nəticəsində cəbhəyanı ərazilərdə yaşayan dinc sakinlərin həlak olmasıdır".
 
Bu fikirləri APA-nın Moskva müxbirinə açıqlamasında rusiyalı tarixçi, erməni yalanları ilə bağlı çoxsaylı elmi araşdırmaların müəllifi Oleq Kuznetsov Ermənistan ordusunun Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, 2 nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.
 
"Mümkündür ki, mənim sözlərim kiməsə qəribə gəlsin, lakin erməni hərbçiləri tərəfindən artilleriya atəşi nəticəsində həlak olan iki yaşlı azərbaycanlı qız və onun nənəsi mifik münaqişənin deyil, məhz tamamilə təbii müharibə qurbanlarıdırlar.  Onların ölümünə görə məsuliyyət təkcə erməni əsgəri və zabitinin vicdanı üzərinə deyil, həm də Dağlıq Qarabağ münaqişəsini ancaq nizamlamağa səy göstərən, lakin bununla belə Ermənistan-Azərbaycan müharibəsini heç cür dayandırmaq istəməyən çoxsaylı beynəlxalq vasitəçilərin vicdanı üzərinə düşür. Ona görə də, bu günahsız və bədbəxt müharibə qurbanlarının adi insani faciəsinin özündənrazı diplomat-məmurlarının ürəyinə toxunduğuna inanmıram. Necə ki, onlara artıq neçə illərdir ki, Suriyada, İraqda, Əfqanıstanda və Ukraynanın cənub-şərqində yaşayanların gündəlik faciələri toxunmur. Orda da hər gün onlarla, hətta yüzlərlə dinc sakin ölür. Lakin onların ölümü artıq çoxdandır ki, statistika kimi qəbul olunur. Ona görə də, Azərbaycan xalqının qəmi ancaq onun özünə qalır. İki yaşlı qızın ölümü müharibəni dayandırmayacaq. Bu müharibəni ancaq Azərbaycan silahının tam qələbəsi dayandıra bilər. Nə qədər ki, bu baş verməyib, Dağlıq Qarabağda müharibə sonsuza qədər davam edəcək və bu müharibə təkcə hərbçilərin deyil, mülki insanların da həyatına son qoyacaq", deyə O.Kuznetsov bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info