Erməni terroruna qarşı Beynəlxalq İctimai Tribunal yaradılır
Tarix: 06.07.2017 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Ermənistan silahlı qüvvələri dövlət səviyyəsində Azərbaycan Respublikasının mülki əhalisinə qarşı terror həyata keçirməkdədir. Bunun qarşısını alınmalıdır, bu hərkətləri cəzalandırmaq lazımdır. Bu yolverilməzdir”. Bu barədə mətbuata açıqlmasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib. O, bildirib ki, Ermənistan silhalı qüvvələrinə məxsus hərbi birləşmələrin son vəhşi addımı Azərbaycan Respublikasının mülki əhalisinə qarşı məqsədyönlü terorrçuluqdur: “İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuluması, Ermənistan hərbiçilərinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının öldürülməsi və 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının ciddi yaralanması faktiki olaraq, sübuta ehtiyacı belə olmayan terrordur. Bu, Ermənistanın həyata keçirdiyi və beynəlxalq qanunvericiliklə tanınan, mülki əhaliyə və insanlığa qarşı kütləvi terror aktıdır. Biz Ermənistanın dövlət səviyyəsində hazırladığı, Azərbaycan Respublikasının mülki əhalisinə, ümumən isə insanlığa qarşı həyata keçirdiyi terrorun cəzalandırılması üçün Beynəlxalq İctimai Tribunal yardırıq. Ermənistan prezindeti Serj Sarksyan, baş nazir Karen Karapetyan və müdafiə naziri Viqen Sarqsyanın dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror təşkil etmələri barədə faktlar, şahid ifadələri və digər informasiyalar sistemləşdirilib cinayət dosyesi toplanmalıdır. Əsas məsələ cinayət dosyesinin hazırlanmasıdır. Bunun üçün, Avropa ölkələrinin, Ukrayna, ABŞ və digər ölkələrin ictimai-siyasi xadimləri, neytral bloqqerlər, jurnalistlərlə danışıqlar aparılır. Yaxın zamanlarda bu barədə mətbuata geniş açıqlama veriləcək”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info